SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Baş nazir qərar imzaladı: Ramazan bayramında 5 gün iş olmayacaq

Baş nazir qərar imzaladı: Ramazan bayramında 5 gün iş olmayacaq

Tarix:

24-02-2024, 16:07

/ 217 dəfə oxundu.
Baş nazir qərar imzaladı: Ramazan bayramında 5 gün iş olmayacaq

  
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, bu il aprelin 10, 11-i Ramazan bayramıdır. 13 və 14 aprel şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Ramazan bayramı ilə əlaqədar 5 gün - 10, 11, 12, 13 və 14 aprel tarixləri qeyri-iş günü olacaq.

Şənbəyə təsadüf edən 6 aprel isə iş günü olacaq.

Şərhlər

XƏBƏR LENTİ