İcra başçısı jurnalisti və şikayətçini həbs etdirdi - 20 sutka!
Realnewsinfo.com saytının təsisçisi və baş redaktoru Emin Ramazanov bu gün həbs olunub
Şikayət məktubunu yerində araşdırmaq üçün yanvarın 25-də Şəkiyə gedən Emin Ramazanov Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsində olan zaman oraya çağrılan polislər tərəfindən həbs edilib. Polis şöbəsinə aparılan jurnalistə bir gündən sonra Şəki rayon məhkəməsi tərəfindən 20 gün müddətinə inzibati həbs verilib. Bununla bağlı məlumatı Emin Ramazanovla həbs edilən və 50 manat cərimə olunaraq azad edilən Aybəniz Səfərova məlumat verib. Aybəniz Səfərovanın dediyinə görə azyaşlı uşağı ağır xəstədir. Uşağı 1 yaşı olanda həyat yoldaşından rəsmi şəkildə ayrılıb. Uşağa aliment kəsilsədə bu günə kimi əri pul ödəməyib.
Ağır xəstə olan övladının müalicəsi respublikadan kənarda mümkündür. Xəstə övladını xarici ölkəyə müalicəyə aparmaq istəyir. Bunun üçün isə keçmiş həyat yoldaşından etibarnamə alınmalıdır. Aybəniz xanım bununla bağlı məhkəməyə müraciət edib. Xeyli vaxtdir onu Şəki məhkəməsi və rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi süründürməçiliyə məruz qoyub. Emin Ramazanov onun şikayəti əsasında araşdırma aparmaq üçün Şəki rayonuna gedib. Emin Ramazanov şikayətçi Aybəniz xanımla Qəyyumluq və Himayəçilik şöbəsində olduqda orda onları "surpirizlə" qarşılayıblar. Belə ki, şöbə mudiri kömək etmək əvəzinə polis çağıraraq onları həbs etdirib. Aybəniz Səfərovanın dediyinə görə Emin Ramazanovun həbsinə səbəb onun şikayətini araşdıraraq ictimailəşdirməsi olub. Aybəniz Səfərova bildirir ki, hakimi Kamran Səfərov deyib ki, jurnalist Emin Ramazanov onun məhkəmə işini mətbuatda ictimailəşdirdiyi üçün 20 günlük həbs cəzası təyin edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır