SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hacı Salayev: Azərbaycanın güclənməsi AŞPA-nı oyuncağa çevirənləri narahat edir

Hacı Salayev: Azərbaycanın güclənməsi AŞPA-nı oyuncağa çevirənləri narahat edir

Tarix:

1-02-2024, 23:06

/ 351 dəfə oxundu.
Hacı Salayev: Azərbaycanın güclənməsi AŞPA-nı oyuncağa çevirənləri narahat edir

Avropa Şurası Parlament Assambleyasının son qərarının səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü, öz əraziləri üzərində suverenliyini tam bərpa etməsi və burada ikinci erməni dövlətinin yaradılması planlarının alt-üst olmasıdır.


APA-nın xəbərinə görə, sabiq deputat Hacı Salayev bildirib ki, AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi “narahatlıq” ifadə edib: “AŞPA Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsinə qarşı heç zaman birmənalı və qəti mövqe ortaya qoymayıb, işğalçı Ermənistana qarşı addım atmayıb. Əslində AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi son qərar təşkilatın öz nüfuzuna vurduğu ən böyük zərbələrdən biridir, dünyada AŞPA-ya inamsızlıq daha da artacaq. AŞPA-da Azərbaycana qarşı proseslərin arxasındakı isə Fransa və Almaniya tandeminin olduğu göz önündədir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi yönündə addımlar buna qarşı açıq formada çıxan, işğalçı Ermənistana birmənalı dəstəyini ifadə edən Fransa indi də Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. AŞPA Almaniya və Fransanın əlində oyuncağa çevrilir. Eyni zamanda Fransanın maraqlarının ifadəçisi mövqeyindən çıxış etməsi bir dövlət kimi Almaniyanın üçün də bir utancdır”.

Hacı Salayev qeyd edib ki, Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı işğaldan azad edib, suverenliyimiz tam bərpa olunub: “Bu, Azərbaycan tarixinin şanlı, qürurverici səhifəsidir. Prezident İlham Əliyev hər zaman müstəqil və milli maraqlarımızı təmin edən siyasət həyata keçirib, bu siyasət qətiyyətlə davam etdiriləcək, Azərbaycan daha da güclənəcək. Qərbdəki müəyyən dairələri, o cümlədən AŞPA-nı maraqlarının təmini üçün oyuncağa çevirənləri də bu narahat edir. Ancaq bu təzyiq cəhdləri yenə baş tutmayacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı növbəti uğurlara imza atacaq”.

Şərhlər

XƏBƏR LENTİ