“BMT-nin terror aktlarının iştirakçısı olan hər bir əməkdaşı məsuliyyətə cəlb olunacaq" - Quterreş
BMT təşkilatın Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) bəzi əməkdaşlarına qarşı HƏMAS ilə əlaqəsi olduğu iddialarından sonra təcili tədbirlər görür.
Bunu beynəlxalq təşkilatının baş katibi Antonio Quterreş deyib.
"Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin bir neçə əməkdaşına qarşı son dərəcə ciddi ittihamlardan sonra təcili tədbirlər görür. BMT-nin Daxili Nəzarət Xidmətləri İdarəsi dərhal araşdırmaya başlayıb", - baş katib bildirib. Quterreş qeyd edib ki, bu prosesdə iştirak edən 12 nəfərdən 1-i ölüb, 9-nun şəxsiyyəti müəyyən edilərək işdən çıxarılıb.
“Terror aktlarında iştirak edən istənilən BMT əməkdaşı cinayət təqibi də daxil olmaqla, məsuliyyətə cəlb olunacaq”, - o vurğulayıb.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir