SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zenit-raket komplekslərimiz start mövqeyinə çıxarıldı – VİDEO

Zenit-raket komplekslərimiz start mövqeyinə çıxarıldı – VİDEO

Tarix:

27-12-2023, 13:56

/ 271 dəfə oxundu.
Zenit-raket komplekslərimiz start mövqeyinə çıxarıldı – VİDEO

 Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Plana uyğun olaraq döyüş heyətləri tərəfindən S-125 zenit-raket komplekslərinin (ZRK) start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib.

Şəxsi heyətin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə ümumqoşun poliqonunda keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Döyüş atışlı təlimdə HHM bölmələri yüksək peşəkarlıq nümayiş etdiriblər.

Şərhlər

XƏBƏR LENTİ