“Land Rover”lə qəzaya düşən rəis generalın bacısı oğludur - Video
Xəbər verdiyimiz kimi, dünən axşam Suraxanıda "Land Rover" "Kamaz"la toqquşub.
Sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) şöbə rəisi, 31 yaşlı Cabir Firdovsi oğlu Hüseynov, həm də DİN-in Baş Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasovun bacısı oğludur.
Cabir Hüseynov 3 saylı Kliniki Tibbi Mərkəzdən "Təcili yardım" maşını vasitəsi ilə Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb.
***
DİN Mətbuat Xidmətindən bildirilib ki, qəzaya düşən Cabir Hüseynovun səhhəti qənaətbəxşdir. O hazırda sağ-salamatdır. Əməkdaşlarımız da ona baş çəkməyə gedirlər. Hadisə ilə bağlı araşdırma aparılır.
Fotoda: DİN-in Baş Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasov


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək