“Land Rover”lə qəzaya düşən rəis generalın bacısı oğludur - Video
Xəbər verdiyimiz kimi, dünən axşam Suraxanıda "Land Rover" "Kamaz"la toqquşub.Sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) şöbə rəisi, 31 yaşlı Cabir Firdovsi oğlu Hüseynov, həm də DİN-in Baş Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasovun bacısı oğludur.
Cabir Hüseynov 3 saylı Kliniki Tibbi Mərkəzdən "Təcili yardım" maşını vasitəsi ilə Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb.
***
DİN Mətbuat Xidmətindən bildirilib ki, qəzaya düşən Cabir Hüseynovun səhhəti qənaətbəxşdir. O hazırda sağ-salamatdır. Əməkdaşlarımız da ona baş çəkməyə gedirlər. Hadisə ilə bağlı araşdırma aparılır.
Fotoda: DİN-in Baş Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasov


