SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda MDB ölkələrinin iclası keçirilib

Bakıda MDB ölkələrinin iclası keçirilib

Tarix:

17-10-2023, 15:23

/ 549 dəfə oxundu.
Bakıda MDB ölkələrinin iclası keçirilib

 Oktyabrın 17-də Müstəqil Dövlətlər Birliyinin iştirakçı ölkələrinin Dövlətlərarası Hökumət Rabitəsi üzrə Koordinasiya Şurasının 30-cu iclası Bakı şəhərində keçirilib.

İclasda MDB üzv dövlətlərinin xüsusi xidmət orqanlarının şifrələmə və qapalı rabitə xidmətləri üzrə nümayəndə heyətləri iştirak ediblər.

30-cu iclas Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sədrliyi ilə həyata keçirilibr.

Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev çıxış edib. İ. Musayev Azərbaycan Respublikasının rəhbərliyi adından iclas iştirakçılarını salamlayıb, onlara uğurlar arzu edib.

İclas iştirakçıları hökumət, qapalı və xüsusi rabitə sistemləri, eləcə də şifrələmə vasitələri üzrə əldə edilmiş təcrübə, elmi-texniki nailiyyətlərin tətbiqi, dövlətlərarası əməkdaşlığın genişləndirilməsi, müvafiq ixtisaslı kadrların hazırlanması və digər məsələləri müzakirə ediblər.

Koordinasiya Şurasının 30-cu iclası zamanı səsvermə əsasında sözügedən Şuranın sədrinin müavini və aparatının sədri seçilmiş, iclasın yekunlarına dair protokol imzalanıb.

Bakıda MDB ölkələrinin iclası keçirilib



Şərhlər

XƏBƏR LENTİ