SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azəravtoyol”un yol idarələrinin ləğvi gündəmdə - talançılıq, yeyinti və...

“Azəravtoyol”un yol idarələrinin ləğvi gündəmdə - talançılıq, yeyinti və...

Tarix:

10-07-2017, 19:53

/ 53 494 dəfə oxundu.
“Azəravtoyol”un yol idarələrinin ləğvi gündəmdə - talançılıq, yeyinti və...

“Azəravtoyol” ASC 13 saylı Yol İstismarı İdarəsində təftişə başlasa, ciddi nöqsanlar aşkarlaya bilər
İdarə rəhbərliyinin maxinasiyalarına ASC sədri Saleh Məmmədov şərik deyilsə, onu yoxlatmağa siyasi iradəsi çatar.
Söhbət idarə rəisi Hüseynov Xaləddin və baş mühasibi Hüseynov Saməddindən gedir. Hüseynov qardaşları yol idarəsinin pullarını “hamar”layırlar.
Bu haqda Cəbrayıl rayon, C.Mərcanlı kənd sakini Haqverdiyev Kənan İsmayıl oğlu xəbər verib. Onun sözlərinə görə, 2010-2015-ci il aralıqda X.Hüseynov tərəfindən təsis edilən “İHM” MMC-də sürücü işləyib.
Bu müddətdə onun adına 700 manat aylıq məvacib yazılsa da, hər ay 250 manatdan artıq maaş verilməyib. Bu da bir il davam edib. Sonrakı illərdə K.Haqverdiyevə qara qəpik də verilməyib.
K.Haqverdiyev iddia edir ki, “İHM” MMC-də bu tək onun başına gələn hadisə deyil. Hazırda orda çalışan bir çox işçilər var ki, aylarla maaşlarını ala bilmirlər.
Media üzərindən apardığımız araşdırmaya görə, Hüseynov qardaşları idarəyə rəislik və baş mühasiblik etməklə böyük varidata sahibləniblər.
Onların torpaq sahələri, biznes obyektləri var. Maraqlısı budur ki, “Azəravtoyol” ASC sədri Saleh Məmmədovun bu vəzifəyə gəlişi yol istismarı idarələrinin fəaliyyətində dönüş yarada bilmədi.
Cavid Qurbanovun dövründən qalan korrupsiya aparatı öz işinin başındadır və səmərəsiz fəaliyyəti ilə seçilən bu idarələr dövlətin pulunu mənimsəmə dəzgahları rolunu oynamaqdadır.
Əslində, ölkədə gedən struktur islahatları bu idarələrə də çatmalıdır. Tədricən onlar ləğv olunmalıdır.
Əvəzində isə yol təmiri və çəkilişi işləri MMC-lərə həvalə olunmalıdır və şəffaf tender elan edərək qalib gələnlər bu işi öhdəsinə götürməlidir. Yol İstismarı İdarələri isə heç bir iş görmür, tapşırıqları isə yerinə yetirərkən korrupsiya hallarına yol verir, ayrıca MMC-lər vasitəsi ilə pullar silinir. Bu proseslərdən S.Məmmədov da xəbərdardır.
O baxımdan bu idarələrin ləğvinin gündəmə gətirilməsinə zərurət yaranıb.

Şərhlər

XƏBƏR LENTİ