Nazir keçmiş rəislər üçün əlavə ştat açıb: Sabiqlər necə və niyə müşavirə çevriliblər? - İLGİNC FAKTLAR
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təqaüdə çıxmağa yaxın olan sabiq rəislər üçün Dövlət Sosial Müdafiə Fondunda əlavə ştatlar açdırıb.
Xalqxeber.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl nazirin müvafiq əmri ilə DSMF-nin Regionlarla İş üzrə Mərkəzi Filialı yaradılıb. DSMF İdarə Heyətinin sədri Himalay Məmişovun uzun illər köməkçisi olmuş Maqsud Həsənov isə bu Mərkəzə rəis təyin edilib.
Regionlarla İş üzrə Mərkəzi Filialın direktor müavini vəzifəsinə isə DSMF-nin ləğv edilən Xəzər Rayon Şöbəsinin sabiq müdiri Kələntərli Elgüc Asif oğlu gətirilib.
Ləğv edilən Sosial Müdafiə Mərkəzinin müdiri İbrahimov Çapay Bayram oğlu Regionlarla İş üzrə Mərkəzi Filialın direktorunun müşaviri təyin edilib.
DSMF-nin ləğv edilən Nərimanov Rayon Şöbəsinin sabiq müdiri Vəliyev Məzahir Abdulkərim oğlu Regionlarla İş üzrə Mərkəzi Filialın direktorunun müşaviri təyin olunub.
DSMF-nin ləğv edilən 2 saylı Xidmət Nümayəndəliyinin (Xətai rayonu) direktor müavini olmuş Möhbalıyeva Yeganə Suliddin qızı Regionlarla İş üzrə Mərkəzi Filialı direktorunun müşaviri təyin edilib. Yeganə Möhbalıyeva Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin bacısıdır.
DSMF-nin ləğv edilən 2 saylı Xidmət Nümayəndəliyinin (Xətai rayonu) direktor müavini olmuş Novruzov Məhərrəm Dünyamalı oğlu da Regionlarla İş üzrə Mərkəzi Filialın direktorunun müşaviri təyin edilib. Məhərrəm Novruzov millət vəkili Siyavuş Novruzovun qardaşıdır.
Göründüyü kimi sanki Mərkəzi Filial sabiq rəislərin və məmurların kütləvi təyinatı üçün yaradılıb. Bunun səbəb və məqsədləri isə bir çox suallar doğurur.
Qeyd edək ki, təkcə 2023-cü il üçün dövlət büdcəsində DSMF-nin gəlirləri 6,27 milyard manat təsdiq edilib. Ümumilikdə isə sosial müdafiə və sosial təminat üzrə büdcə 10 milyard manatdan artıqdır.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb