İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı.
Bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.
Dövlət başçısı bildirib ki, torpaqların 1990-cı illərin əvvəllərində işğalı ölkədə ciddi humanitar fəlakətə səbəb olub:
"Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkün oldu. Həmin dövrdə ölkə əhalisi təxminən 8 milyon nəfər idi. Bu isə o demək idi ki, hər səkkiz nəfərdən biri qaçqın və ya məcburi köçkün vəziyyətində idi. Onlar ev-eşiklərini itirmiş, ağır sosial problemlərlə üzləşmişdilər".
İlham Əliyev vurğulayıb ki, Ermənistan müharibə cinayətləri törətmişdi:
"Ermənistan urbitit yaratmış, Xocalı soyqırımı baş vermiş, şəhər və kəndlərimiz dağıdılaraq yerlə-yeksan edilmişdi. Bütün bunlar böyük humanitar böhran yaratmasına baxmayaraq, Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmadı. Bu gün isə sanksiyalar barədə çox danışılır. Hazırda dünyanın müxtəlif bölgələrində hər hansı hadisə baş verən kimi sanksiya mexanizmləri işə salınır. Lakin Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistana qarşı belə tədbirlər görülmədi. Bu, beynəlxalq münasibətlərdə ikili standartların bariz nümunəsidir və bəyan edilən dəyərlərlə real siyasət arasında ciddi ziddiyyətin mövcudluğunu göstərir".

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb