SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Tiktok"da kreditlə qızıl satandan DƏLƏDUZLUQ - Vətəndaşın pulunu mənimsəyib YOXA ÇIXDI

"Tiktok"da kreditlə qızıl satandan DƏLƏDUZLUQ - Vətəndaşın pulunu mənimsəyib YOXA ÇIXDI

Tarix:

5-09-2023, 20:31

/ 358 dəfə oxundu.
"Tiktok"da kreditlə qızıl satandan DƏLƏDUZLUQ - Vətəndaşın pulunu mənimsəyib YOXA ÇIXDI

Ağcabədi sakini "TikTok" sosial şəbəkəsində qızıl alqı-satqısı ilə məşğul olan səhifə idarəçiləri tərəfindən aldadılıb. Onlayn sifariş zamanı vətəndaşdan ilkin ödəniş tələb edən dələduzlar məhsulu çatdırmaq əvəzinə yoxa çıxıblar.

Xalqxeber.az bildirir ki, bu şikayətlə Bizim.Media-ya Ağcabədinin Aşağı Avşar kənd sakini Aytac Səfiyeva müraciət edib.

“Qayınatam “TikTok” sosial şəbəkəsində kreditlə qızıl satan bir səhifə tapmışdı. Biz də baxdıq və sifariş üçün mesaj yazdıq. Üç gündən sonra bizə cavab yazdılar.

Zənglərə Lalə və İlqar adlı şəxslər cavab verirdi. 1335 manat məbləğində kordinal boyunbağı sifariş etdik. Bildirdilər ki, ilkin ödənişi 185 manat, aylıq ödəniş isə 95 manatdır.

Qayınatamın şəxsiyyət vəsiqəsini və iki əlavə əlaqə nömrəsi istədilər, verdik. Ödənişi etmək üçün kart nömrəsi istədik, dedilər yoxdur. Qayınatamın adı ilə mənim nömrəmə “mpay” açıblar. Mənim də bu proqramdan başım çıxmır.

Dedilər MilliÖn aparatından “mpay” vasitəsilə ödənişi edin. Mən də 185 manat pulu həmin üsulla ödəniş etdim. Pulu ödəyəndən sonra bildirdilər ki, səhər poçt vasitəsilə qızılı götürə bilərsiz.

Səhər saat 12-də müraciət etdik. Telefonu açmadılar. Bu dəfə başqa əlaqə nömrəsi ilə yığdıq, deyəndə ki, niyə cavab vermirsiz zəngimizi əngəllədi. Daha sonra anam öz nömrəsi ilə yığdı, ona isə saat 5-i vəd etdilər. Vaxt çatanda anamın da nömrəsini bloka atdılar. Çarəsiz qalıb tamam yad bir nömrədən yığdım, mənə dedilər ki, qızıl da, pul da yoxdur.

Həmin səhifə ünvan olaraq Əhməd Rəcəbli 123-ü qeyd ediblər. Guya onlar o ünvanda fəaliyyət göstərirlər. Amma biz demişdilər ki, ofisləri Xalqlar Dostluğu metrostansiyası yaxınlığındadır. Yenidən başqa nömrə ilə Lalə xanıma yığdım. Telefonda onun zarıyan səsi gəlirdi. Elə anladıq ki, onlar narkomandır”.

Aytac Səfiyevanın sözlərinə görə aldadıldığı ilə bağlı Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edib. Şöbədən ona bildirilib ki, sosial şəbəkələrdə qızıl alqı-satqısı ilə insanları aldadan 3 dəstə aşkar edilib və onların saxlanılması ilə bağlı əməliyyat aparılır. Bu məsələ ilə bağlı da araşdırma başlayıb.

"Tiktok"da kreditlə qızıl satandan DƏLƏDUZLUQ
"Tiktok"da kreditlə qızıl satandan DƏLƏDUZLUQ
"Tiktok"da kreditlə qızıl satandan DƏLƏDUZLUQ
"Tiktok"da kreditlə qızıl satandan DƏLƏDUZLUQ
"Tiktok"da kreditlə qızıl satandan DƏLƏDUZLUQ

Şərhlər

XƏBƏR LENTİ