Subbakalavrların daha çox qəbul olunduğu universitetlər
Bu il subbakalavrlar 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul olunublar.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı da artıb və ötənilki göstəricidən 1665 nəfər daha çoxdur.
Subbakalavrlar say etibarilə daha çox Mingəçevir Dövlət Universiteti (586 nəfər) Azərbaycan Texniki Universitetinə (490 nəfər), Lənkəran Dövlət Universitetinə (453 nəfər) və Azərbaycan Texnologiya Universitetinə (432 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 54.10%-nin, Naxçıvan Müəllimlər İnstituna qəbul olunanların 51.03%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 41.10%-nin subbakalavrlar olduğunu görərik.
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar sentyabrın 5-dən 14-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur