SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Yardımı 44 nömrə nişanlı avtomobillərlə gətiriblər" - David Babayan

"Yardımı 44 nömrə nişanlı avtomobillərlə gətiriblər" - David Babayan

Tarix:

30-08-2023, 10:23

/ 446 dəfə oxundu.
"Yardımı 44 nömrə nişanlı avtomobillərlə gətiriblər" - David Babayan

"Azərbaycandan göndərilən humanitar yüklərin qəbulu ilə bağlı qərar verilməyib".
Xalqxeber.az Bizimyol.info-ya istinadla xəbər verir ki, bu barədə Qarabağdakı qondarma rəhbərin müşaviri David Babayan Ermənistan "News-NEWS.am" saytına müsahibəsində bildirib.

“Bu məsələ ilə bağlı heç kim bizimlə əlaqə saxlamayıb, ona görə də bunu Azərbaycanın növbəti təxribatı kimi qiymətləndiririk. Onlar bizim üçün qəbuledilməz olmaqla yanaşı, bizi, beynəlxalq hüquq və normaları məsxərəyə qoyub, Qarabağın, Laçın dəhlizini, hətta gətirdikləri hümanitar yardımları 44 günlük müharibənin simvolu olan Azərbaycana məxsus 44 nömrə nişanlı avtomobillərlə gətiriblər. Onların cəzasızlıq hissi o qədər artıb ki, hətta belə səhvlərə yol verirlər”, - deyə Babayan qeyd edib.

Babayan vurğulayıb ki, azərbaycanlılar öz humanitar yardımlarını tətbiq etmək istəyirlər, lakin hökumət və xalq bu məsələdə həmfikirdir, bu yardımı qəbul etmək istəmir.

Yük maşınlarının Rusiya sülhməramlılarının nəzarət-buraxılış məntəqəsindən keçməsi ilə bağlı internetdə yayılan videogörüntülərə münasibət bildirən Babayan bildirib ki, mən belə düşünmürəm, bu, Azərbaycan təbliğat maşınının növbəti dezinformasiyasıdır.

O qeyd edib ki, həmin an yüzlərlə Xankəndi vətəndaşı Azərbaycan mallarının içəri keçməsinin qarşısını almaq üçün Ağdam-Xankəndi yoluna toplaşıb.

Qeyd edək ki, dünən Azərbaycan Qızıl Aypara Cəmiyyəti xətti ilə Bakıdan Qarabağda yaşayan erməniəsilli şəxslərə humanitar yardım göndərilib. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.

“Avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarına uyğun olaraq bəyanat imzalamışıq. Bəyanatımızın fəlsəfəsinə görə irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir insana yardımçı olmaqdır. Həmin bəyanatdan sonra bu məsələ diqqətimizdədir və hazırda humanitar yardım göndəririk. Qızıl Aypara Cəmiyyətinin rəhbər işçiləri, o cümlədən könüllülərimiz Ağdam-Xankəndi yoluna doğru irəliləyəcək”, - bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib.


Şərhlər

XƏBƏR LENTİ