Abituriyentlər daha çox bu ali məktəblərə maraq göstərir - STATİSTİKA
Dövlət İmtahan Mərkəzinin 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarında ayrı-ayrı ali təhsil müəssisələrinin ixtisaslarına qəbul olan abituriyentlərin qruplar üzrə orta bal göstəriciləri təqdim edilib.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, I ixtisas qrupu üzrə Bakı Ali Neft Məktəbi (651.500), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (605.295), ADA Universiteti (594.426), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (586.576), II ixtisas qrupu üzrə ADA Universiteti (582.663), Bakı Ali Neft Məktəbi (524.058), III ixtisas qrupu üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (566.323), ADA Universiteti (555.185), Milli Aviasiya Akademiyası (542.576), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (532.626), IV ixtisas qrupu üzrə isə Azərbaycan Tibb Universitetinin (603.874) ixtisaslarına qəbul olan abituriyentlərin orta bal göstəriciləri digər ali təhsil müəssisələri ilə müqayisədə daha yüksəkdir.
Qeyd olunduğu kimi, yüksək hazırlıqlı abituriyentlərin Bakı Ali Neft Məktəbinə, Azərbaycan Tibb Universitetinə, ADA Universitetinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına meyil və marağı böyük olub.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur