XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Komitə sədrindən çağırış - Bayramla bağlı fətvaya əməl edin

Komitə sədrindən çağırış - Bayramla bağlı fətvaya əməl edin

Komitə sədrindən çağırış - Bayramla bağlı fətvaya əməl edin
21-06-2023, 14:19

Qurban bayramı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətva ilə bayram namazı və digər məsələlər elan ediləcək.
 
Xalqxeber.az-ın məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
 
“İnanıram ki, QMİ-nin verdiyi bu fətvaya bütün məscidlərdə bütün imamlar tərəfindən əməl olunacaq. Bu istiqamətdə Dini Komitə üzərinə düşən vəzifələri lazımı səviyyədə yerinə yetirəcək”, - Dövlət Komitəsinin sədri qeyd edib.
 
Qeyd edək ki, Azərbaycanda Qurban bayramı 28, 29 iyunda qeyd ediləcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.