SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xeyriyyəçi iş adamı Məşkur Qasımovla MÜSAHİBƏ - VİDEO/FOTO

Xeyriyyəçi iş adamı Məşkur Qasımovla MÜSAHİBƏ - VİDEO/FOTO

Tarix:

13-05-2023, 15:52

/ 605 dəfə oxundu.
Xeyriyyəçi iş adamı Məşkur Qasımovla MÜSAHİBƏ - VİDEO/FOTO

Asiya.az xəbər portalının müsahibi müxtəlif sahələrdə uğura imza atan, xarici ölkədə yaşayıb, fəaliyyət göstərməsinə baxmayaraq, daim ürəyi Azərbaycanla döyünən tanınmış iş adamı, messenant, ictimai xadim Məşkur Şükür oğlu Qasımovdur.

Məşkür Qasımovun 40 illik qürbət ömründə milli ruhu, mübariz əhval-ruhiyyəsi, yaşamaq və yaratmaq həvəsi daim Vətən sevdasına söykənib.  

Rusiyada doğma Azərbaycana, uşaqlığı, gəncliyi keçən Masallıya, Ərkivan qəsəbəsinə layiqli övlad olmaq üçün əlindən gələni etdi; qarşılaşdığı çətinliklər, problemlər onu yolundan sapdırmadı,  zəhmətsevərliyi yüksək mütəxəssis kimi yetişməsini, məşhur idmançı kimi tanınmasını şərtləndirdi. Bütün bunlar isə son nəticədə ona həm yaşadığı şəhərdə, həm də el-obasında böyük nüfuz qazandırdı. Çalışdığı kollektivlərdə hamı ona etimad bəslədi, ürək qızdırdı..

Məşkur Qasımov idman sahəsində peşəkar mütəxəssis, SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Rusiyanın Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidentidir.

Eləcə də Azərbaycan diasporunun Rusiyada uğurlu işini, inkişafını Məşkur müəllimsiz təsəvvür etmək mümkün deyil. O, Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti azərbaycanlıları Milli Mədəni Muxtariyyəti Cəmiyyəti sədrinin birinci müvinidir. 

Rusiya Federasiyasının Prezidenti tərəfindən Sank-Peterburqun 300 illik yubileyi medalı, Şəhər ictimayətinin fəal iştirakına görə qubernator Matvienko, Qubernator Poltavçenko, Qubernator Beqlov diplomu ilə təltif edilib.

2003-cü ildə Ümumdünya Forumu "Viləş" şirkətlər qrupunun baş direktoru Məşkur Qamısmovu "Rusiya iqtisadiyyatının lideri" medalı və diplomu ilə təltif edib. 

Məşkur Qasımov Dünya Azərbaycanlıları I və II Qurultayının nümayəndəsidir.
"İctimai Rəy" Araşdırmalar Mərkəzinin 2012- ci ildə keçirdiyi rəy sorğusuna görə Azərbaycan həqiqətlərini xarici ölkələrdə təbliğinəki xidmətlərinə görə, "İlin vətənpərvəri" naminasiyasının qalibi olub.

Xeyriyyəçi iş adamı Məşkur Qasımovla MÜSAHİBƏ - VİDEO/FOTO









Şərhlər

XƏBƏR LENTİ