XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycanda yeni medal təsis olundu

Azərbaycanda yeni medal təsis olundu

Azərbaycanda yeni medal təsis olundu
30-06-2017, 14:10

Azərbaycan Ordusunun 100 illiyi şərəfinə xüsusi medal təsis olunub.

Bununla bağlı prezidentin təqdimatı ilə “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavələr təklif edilib.

MM-nin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, layihəyə əsasən qanunun 2-ci maddəsinə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur. Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.

Layihə səsə qoyularaq qəbul edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.