“Gənclərin Anti-narkomaniya” ictimai birliyi icra etdiyi layihənin Masallıda təqdimatını keçirdi
“Gənclərin Anti-narkomaniya” ictimai birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə icra etdiyi “Sərhədyanı rayonlarda gənclərin narkomaniya əleyhinə mübarizəsini stimullaşdırmaq məqsədi ilə maarifləndirmə kampaniyasının aparılması” layihəsi ilə bağlı Masallı rayonu 4 saylı tam orta məktəbdə hazırladığı sosial videoçarxın təqdimatını və konfrans keçirib. Qeyd edək ki, layihənin əsas məqsədi narkotik maddələrin və psixotrop maddələrin gənclər arasında yayılması və istifadəsinin qarşısının alınması, narkomaniya əleyhinə genişmiqyaslı təbliğat işlərinin aparılması, narkomaniya əleyhinə təbliğat işləri aparmaqla mənfi təsirlərə məruz qalan gənclərin sayının azalmasına nail olunması, rayonlarda yaşayan gənclərin sosial aktivliyinin təmin edilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə dəstək olmaq, mövzuya aid məzmunlu və təsirli sosial videoçarx hazırlayaraq ictimaiyyətə təqdim etmək idi.
Layihənin müddəti 4 ay olmaqla, 21 dekabr 2022-ci il – 21 aprel 2023-ci il tarixləri əhatə edir. Layihənin rəhbəri Büllur Məmmədovadır. Layihə çərçivəsində hazırlanmış “Biz həyatı seçirik” videoçarxı Masallı rayonundan olan gənclər tərəfindən diqqətlə izlənib, böyük marağa səbəb olub. Təşkil olunan konfransda çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsi Təhqiqat şöbəsinin, Masallı Rayon Polis Şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin və Masallı 4 saylı tam orta məktəbin nümayəndələri ölkəmizdə narkomaniyanın yayılması ilə bağlı son statistik göstəriciləri, bu bəlanın yayılma səbəbləri, dövlət orqanlarının bu istiqamətdə həyata keçirdiyi mübarizə tədbirləri, həmçinin narkomaniya problem ilə əlaqədar problemlərin mənəvi aspektləri barədə danışıblar. Sonda tədbir gəncləri maraqlandıran suallara cavabların verilməsi ilə davam edib.








İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur