Sosial şəbəkədə məhrəm tanışlığın sonu - oğurluq
Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə bir nəfər xanım müraciət edərək “Azar” sosial şəbəkəsində tanış olduğu şəxsin onun evindən 100 dollar və ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarını oğurladığını bildirib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elman Eminov saxlanılıb. O, izahatında etdiyi oğurluğu etiraf edib. Araşdırma zamanı Elman Eminovun digər bu kimi cinayətlər törətməkdə şübəli bilindiyi üçün axtarışda olduğu müəyyən edilib.
DİN-dən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı Bakıxanov qəsəbəsində yerləşən parfümeriya mağazasında satıcının mobil telefonunu oğurlayan Xəqani İsmayılov da tutulub. Həmin şəxs izahatında mobil telefonu satdığını bildirib.
Faktlarla bağlı 13-cü polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.
Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur