SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Çin Karqo” şirkətində 21 fevral- Beynəlxalq Ana Dili Günü qeyd olunub

“Çin Karqo” şirkətində 21 fevral- Beynəlxalq Ana Dili Günü qeyd olunub

Tarix:

21-02-2023, 10:30

/ 191 dəfə oxundu.
“Çin Karqo” şirkətində 21 fevral- Beynəlxalq Ana Dili Günü qeyd olunub

Fevralın 21-də “Çin Karqo” şirkətinin konfrans zalında Beynəlxalq Ana Dili Günü münasibətilə ilə bağlı tədbir keçirilib. Tədbirdə sahibkarlar və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə şirkətin rəhbəri, nüfuzlu iş adamı Şamil Heydərov açaraq, qonaqları salamlayıb və 21 fevral-Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən, ədəbi dil normalarının qorunması uğrunda mübarizədən danışıb. Bildirib ki, Beynəlxalq Ana Dili Günü bütün dünyada iyirminci dəfədir qeyd olunur. Belə ki, 1999-cu ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatı (BMT) Banqladeş səfirinin təşəbbüsü ilə fevral ayınının 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Lakin bu günün elan olunması 1999-cu ilə təsadüf etsə də, yaranma səbəbinin baş verdiyi hadisələr daha əvvəlki dövrə gedib çıxır. Belə ki, 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz əlaməti olaraq keçirilmiş aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 tələbə şəhid olub. Bununla əlaqədar olaraq, Banqladeş nümayəndələri həmin şəhidlərin xatirəsinə hörmət əlaməti kimi fevralın 21-nin Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər. Nəticədə UNESCO-nun Baş Konfransında 21 Fevral – Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
Bütün dünya dövlətlərində olduğu kimi, respublikamızda da bu gün qeyd olunur. Sevindirici haldır ki, dilimizə qayğı göstərmək, onu qorumaq, təbliğ etmək kimi məsələlər ölkəmizdə təkcə bu gün aktuallaşdırılmır, müntəzəm olaraq həyata keçirilir. Xüsusi qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev ardıcıl və məqsədyönlü dil siyasəti aparıb, Azərbaycan dilinin qorunub saxlanılmasında misilsiz xidmətlər göstərib. Azərbaycan dövləti ana dilimizin qorunması, inkişaf etdirilməsi, öyrənilməsi sahəsində mühüm addımlar atır. Ötən müddət ərzində ölkə rəhbərliyi tərəfindən Azərbaycan dili ilə bağlı qəbul olunmuş Dövlət Proqramı, fərman və sərəncamlar bunun ən gözəl nümunələri sayıla bilər. Müasir dövrdə  ardıcıl şəkildə Azərbaycan dili ilə bağlı mühüm işlər görülür, konfranslar keçirilir, tədqiqatlar aparılır. Şirkət rəhbəri qeyd edib ki, dilimizi qorumaqla zəngin tariximizi, milli mənliyimizi, kimliyimizi, mənəviyyatımızı qorumuş oluruq.
Şamil Heydərov həmçinin Azərbaycan dilinin saflığı və onun qorunması məsələsindən danışıb, dövlətin uğurlu dil siyasəti apardığını vurğulayıb. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı imzaladığı Fərmanların dilimiz üçün əhəmiyyətini yüksək qiymətləndirib.
Şamil Heydərov daha sonra isə Azərbaycan dilinin incəliklərindən, onun zəngin ifadə çalarlarından, potensial imkanlarından söz açıb.


Şərhlər

XƏBƏR LENTİ