XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İndi də Baba Rzayevin gücü villalara çatmır, veteranların işığını kəsir

İndi də Baba Rzayevin gücü villalara çatmır, veteranların işığını kəsir

İndi də Baba Rzayevin gücü villalara çatmır, veteranların işığını kəsir
19-06-2017, 00:24

“Azərişıq” ASC sədri Baba Rzayev hamının günün qara edib; ASC sədri indi də Veteranlar Təşkilatının inzibati binasının elektirik təchizatını dayandırıb
Daxil olan məlumata görə, B.Rzayev əhalini qıcıqlandıran, insanların heysiyyatına toxunan addımlar atmaqdan çəkinmir.
Veteranlar Təşkilatından bildirilib ki, artıq 3 gündür təşkilatın binası işıqsız qalıb, rəhbərliyin problemin aradan qaldırılması istiqamətində atdığı addımlar nəticə vermir:
“Təşkilatımızın yeni binaya köçməsindən ötən 3 il müddətində “Azərişıq”la elektirik enerjisinin verilməsinə dair müqavilə bağlanmayıb.
Əvvəl bizə deyildi ki, bina Müdafiə Nazirliyinin balansında olduğundan müqavilə imzalanmasına ehtiyac yoxdur. İndi isə yaranmış borcun tamamilə ödənilməsindən sonra müqavilə imzalanacağını deyirlər”.
Qeyd edilib ki, təşkilat yaranmış borcun ödənilməsindən imtina etmir: “Biz borcun ödənilməsindən imtina etmirik.
Sadəcə, müqavilə bağlanarkən yaranmış 9000 manat borcun hissə-hissə ödənilməsini istəyirik. Biz deyirik ki, müqavilə bağlansın və yaranmış borc hissə-hissə, məsələn ayda 500-1000 manat şəkilində ödənilsin. Birdəfəlik ödəmək imkanımız yoxdur. “Azərişıq” bununla razılaşmır”.
Məlumata görə, yaranmış problemlə bağlı Veteranlar Təşkilatının rəhbərliyi tərəfindən baş nazirin müavini Əli Əhmədova məktubla müraciət edilib.
Daxil olan məlumata görə, “Azərişıq” ASC ili zərərlə başa vurub deyə indi ağına-bozuna baxmadan borcu olan hər kəsin işığını kəsib zülmət qaranlıqda saxlayır.
ASC sədri Baba Rzayev xalqın maddi vəziyyətinin ağırlaşdığı vaxtda camaata işıqla imtahana çəkir. Milyonları olan və böyük biznes imperiyasının sahibi B.Rzayev əhalinin durumunu nəzərə almadan işığı kəsəcəyini xəbərdar edir.
Bu da birbaşa xalqa qarşı iqtisadi və mənəvi basqı ilə yanaşı prezidentin daxili sosial siyasətinə qarşı getməkdir. Çünki prezident insanların rifahını yaxşılaşdırmağa çalışır. B.Rzayev isə xalqın əleyhinə sərt qərarlar qəbul edir.
Amma ASC rəhbəri məmurların, nazirlərin villalarında gec-gündüz sönməyən çil-çıraqların işığını söndürməyə cəsarət etmir. Baxmayaraq ki, məmurların villaları dövlət su, işıq pulu ödəməkdən qaçırlar.

Ulus.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.