“Azərişıq” Veteranlar Təşkilatının da işığını kəsdi
“Azərişıq” ASC tərəfindən Azərbaycan Respublikası Veteranlar Təşkilatının inzibati binasının elektirik təchizatı dayandırılıb.
Bu barədə Veteranlar Təşkilatından məlumat verilib.
Bildirilib ki, artıq 3 gündür təşkilatın binası işıqsız qalıb, rəhbərliyin problemin aradan qaldırılması istiqamətində atdığı addımlar nəticə vermir:
“Təşkilatımızın yeni binaya köçməsindən ötən 3 il müddətində “Azərişıq”la elektirik enerjisinin verilməsinə dair müqavilə bağlanmayıb. Əvvəl bizə deyildi ki, bina Müdafiə Nazirliyinin balansında olduğundan müqavilə imzalanmasına ehtiyac yoxdur. İndi isə yaranmış borcun tamamilə ödənilməsindən sonra müqavilə imzalanacağını deyirlər”.
Qeyd edilib ki, təşkilat yaranmış borcun ödənilməsindən imtina etmir: “Biz borcun ödənilməsindən imtina etmirik. Sadəcə, müqavilə bağlanarkən yaranmış 9000 manat borcun hissə-hissə ödənilməsini istəyirik. Biz deyirik ki, müqavilə bağlansın və yaranmış borc hissə-hissə, məsələn ayda 500-1000 manat şəkilində ödənilsin. Birdəfəlik ödəmək imkanımız yoxdur. “Azərişıq” bununla razılaşmır”.
Məlumata görə, yaranmış problemlə bağlı Veteranlar Təşkilatının rəhbərliyi tərəfindən baş nazirin müavini Əli Əhmədova məktubla müraciət edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...