XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » 1,4 milyon buxarlanıb, boşanmalar artıb... Hicran Hüseynovanın komitəsi nazirə verilir

1,4 milyon buxarlanıb, boşanmalar artıb... Hicran Hüseynovanın komitəsi nazirə verilir

1,4 milyon buxarlanıb, boşanmalar artıb... Hicran Hüseynovanın komitəsi nazirə verilir
5-06-2017, 09:20

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ləğvi yenidən gündəmə gəlib. Hakimiyyətin struktur islahatlarının cəmiyyət tərəfindən alqışlanması və büdcənin yükünü azaltmağın optimal variantlarının tapılması prosesi sürətləndirməyi zəruri edib.
Bu barədə verilən məlumata görə, Hicran Hüseynovanın rəhbəri olduğu komitənin də ləğv edilərək başqa quruma birləşməsi gözlənilir.
Bu proses isə təkcə lazımsız ştatların ləğvi ilə dövlət büdcəsinə qənaət deyil, həm də illərdir kreslolarından qopmayan korrupsiyaya bulaşmış böyük bir məmur ordusunun getməsi ilə nəticələnəcək.
Son günlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın adının rüşvət qalmaqalında çəkilməsi olduqca ağrılı məsələdir.
Adında ailə, uşaq, qadın... sözlərinin bütün mənalarda mahiyyətini daşıyan bir komitənin- dövlət qurumunun rüşvət qalmaqalında adının çəkilməsi təəssüf hissi yaradır.
Bilənlər bilir ki, Azərbaycan reallığında dövlət qurumu o vaxt korrupsiyalaşır ki, orada Nizamnaməsinə-qanunlara uyğun iş getmir.
Bir anlığa düşünürsən: Azərbaycanda ailələr arasında boşanmalar, özü də erkən boşanmalar getdikcə artırsa, uşaqlar arasında narkomanlığa, digər cinayətlərə qurşanmalar çoxalırsa, təhsildən yayınmalar və başqa yad vərdişlər artırsa, fahişəliyə meyillilik artırsa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimə lazımdır???
Təkcə 2016-cı ilin Dövlət Büdcəsindən Komitənin idarəetmə aparatının saxlanmasına 1 milyon 309 min 875 manat, komitə üçün sosial müdafiə xərclərinə əlavə olaraq 1 milyon 787 min 381 manat pul atrılıb.
Ortada isə, yuxarıda dedik, Komitənin məşğul olmalı problemlər başdan aşır... Deməli, indiki maliyyə problemləri fonunda belə bir səmərəsiz Komitənin mövcudluğu lazım deyil.
Məlumata görə, ekspertlər də hesab edir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ləğv olunmalı, məşğul olmalı sahələri üzrə funksiyalar Təhsil Nazirliyinin tərkibinə verilməlidir.
Hicran Hüseynovadan alınması hazırlığı gedir. Artıq komitə çamadan ab-havasındadır.
Mənbənin məlumatına görə, komitənin funksiyaları Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında da bölüşdürülə bilər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan prezidentinin 6 fevral 2006-cı il fərmanı ilə yaradılıb.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ləğv edilib. Prezident İlham Əliyev struktur və idarəetmə islahatlarının davam edəcəyini bəyan edib.
Komitə sədri 150 minlik rüşvət skandalı və uşaq oğurluğu ittihamı başağrısından canını xilas edib. Hər iki hadisədə H.Hüseynovanın adı keçirdi.
Bu qalmaqallarda onun birbaşa iştirakı olmasa da, adının mediada hallanması reputasiyasını zədələyirdi, eləcə də yuxarı dairələr tərəfindən diqqət mərkəzinə düşürdü.

Ulus.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.