XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Hicran Hüseynova prezidentin yaratdığı mərkəzi bu günə qoyub – Foto/Dosye

Hicran Hüseynova prezidentin yaratdığı mərkəzi bu günə qoyub – Foto/Dosye

Hicran Hüseynova prezidentin yaratdığı mərkəzi bu günə qoyub – Foto/Dosye
25-01-2018, 10:11

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova regionlara səfər edir
Amma bu kosmetik görüşlər və qəbul xatirinə təşkil olunan tədbirlər problemlərin həllinə zərrə qədər kömək etmir. Əksinə, komitənin yerlərdəki şöbələri və ona yaxın qurumlar fəaliyyətsizdir.
Bu xüsusda əldə etdiyimiz fotodan da görünür ki, H.Hüseynovanın komitəsi heç bir ciddi işlə nəzərə çarpmır.
Komitənin Lənkərandakı Uşaqlara və Ailələrə Dəstək Mərkəzinin qapısına vurulan trafaretdən fəaliyyətin nə yerdə olduğu görünür.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir.
Ölkə Prezidentinin Sərəncamı ilə 2007- ci ildə Şüvalan və Goranboy Mərkəzləri, 2010-cü ilin dekabrında daha 9 mərkəz yaradılıb.
Ancaq prezidentin sərəncamı ilə yaradılan mərkəzlərin təkcə birindən – Lənkərandan olan fakt göstərir ki, komitə sədri hansı şəkildə fəaliyyət göstərir.
Bu mərkəzlərə maliyyə ayrılır ki, ailələrə, gənclərə, uşaqlara dəstək göstərilsin. Ancaq H.Hüseynovanın komitəsi mərkəzləri ölüvay quruma çevirib.
Ümumən, Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin saxlanması büdcəyə ağır iqtisadi yükdür
Məlumata görə, komitənin ləğv olunaraq funksiyalarının ayrı-ayrı qeyri-hökumət təşkilatlarına verilməsi mümkündür.
Hicran Hüseynovanın sədri olduğu komitənin struktur islahatları nəticəsində ləğv edilməsi büdcə üçün kifayət qədər yüngülləşmə olardı.
Komitənin saxlanması izafi xərclərə səbəb olur. İqtisadçı ekspertlər də dəfələrlə AQUPDK-nin ləğvinin zərurliyi haqda təkliflər irəli sürüblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6 fevral 2006-cı ildə yaradılıb. Bu komitəyə qədər də Azərbaycanda ailələr qurulub, boşanma halları da olub.
Komitənin yaradılmasında məqsəd ailə, qadın, uşaq problemlərilə məşğul olmaq, vəzifəsisə “dövlətin ailə siyasətini həyata keçirmək”dir.
Bu siyasətin necə həyata keçirildiyini Dövlət Statistika Komitəsinin rəsmi rəqəmləriylə göstərək.

Qabaqca Komitə yaranandan sonrakı dövrdə ölkə ərazisində boşanma sayı ilə bağlı rəqəmlərilə tanış olun:

2006-cı il – 7817
2007 – 8340
2008 – 7933
2009 – 7784
2010 – 9061
2011 – 10747
2012 – 11087
2013 – 11730
2014 – 12088
2015 – 12764

2016-cı ildə boşanma sayı 13 min 100 olub. Bu isə o deməkdir ki, hər ay təxminən 1091 ailə dağılıb, yəni gündə 36 boşanma qeydə alınıb. Bu ilin ilk 2 ayında 2422 boşanma olub.
Məlumata görə, adı bir neçə dəfə rüşvət qalmaqalında hallanmış komitənin ləğvi üçün yuxarıdakı rəqəmlər, statistika yetərlidir.
Ölkədə gedən islahatlar fonunda bu qurumun saxlanması iqtisadçılar tərəfindən də lazımsız addım kimi qiymətləndirilir.
FİA xəbər verir ki, komitə rəhbərinin adı uşaq oğurluğundan tutmuş 170 minlik rüşvət qalmaqalına qədər hallanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti iflic olub. Komitənin sədri Hicran Hüseynova son vaxtlar baş verən hadisələrə tükünü də tərpətmir.
Axı bu komitəyə dövlətdən verilən maliyyə və ayrılan qrantlar məhz ailələrdə olan problemləri araşdırmaq, görüşlər keçirmək, maarifləndirici tədbirlər təşkil etmək, uşaqların, qadınların çətinliklərini öyrənmək, zorakılığı məruz qalan qadın və uşaqlarla maraqlanmaq, erkən nikahların yaratdığı fəsadlardan xilas yollarını göstərməkdir. Lakin sadalanan problemlər AQUK-nin diqqətindən kənarda qalıb.
Ölkədə tükürpədici hadisələr baş verir. Məişət zəminində törədilən bu cinayətlər insanı üşəndirir. Cəmiyyətin də sərt təpkisi və qəzəbi ilə qarşılanan kriminal olaylarla bağlı rəsmi qurumlar hərəkətsizdir.
Bəs, komitənin ailələrdə psixoloji gərginlik, depressiya və ümidsizlik, erkən nikahdan doğulan uşaqlarda travmalar və s. kimi problemlərlə məşğul olan şöbələr, müvafiq bürolar nə iş görür?
Niyə H.Hüseynova rayonlara gedərkən məmurlarla, rəsmi şəxslərlə, icra hakimiyyətlərinin seçib gətirdiyi adamlarla görüşür?
Bu komitənin fəaliyyətsizliyi və H.Hüseynovanın laqeydliyi iki çıxış yolu qoyur. Əslində, bu təklifi ekspertlər və deputatlar da zaman-zaman gündəmə gətiriblər.
Belə ki, ya komitə ləğv olunsun və ayrılan qrantlar bu sahə üzrə işləyən QHT-lərə verilsin, ya da struktur dəyişiklikləri edilsin. Məsələn, komitə Təhsil Nazirliyinə verilə bilər.
Son günlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın adının rüşvət qalmaqalında çəkilməsi olduqca ağrılı məsələdir.
Bir anlığa düşünürsən: Azərbaycanda ailələr arasında boşanmalar, özü də erkən boşanmalar getdikcə artırsa, uşaqlar arasında narkomanlığa, digər cinayətlərə qurşanmalar çoxalırsa, təhsildən yayınmalar və başqa yad vərdişlər artırsa, fahişəliyə meyillilik artırsa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimə lazımdır??? – heç kimə…

FİA.AZ
Hicran Hüseynova prezidentin yaratdığı mərkəzi bu günə qoyub – Foto/Dosye
Hicran Hüseynova prezidentin yaratdığı mərkəzi bu günə qoyub – Foto/Dosye

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.