Azərbaycanda meymunçiçəyinə yoluxma halı qeydə alınıb? - RƏSMİ
“Azərbaycanda meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb. Lakin biz bu halları da istisna edə bilmərik”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, hazırda əsas məsələ meymunçiçəyinə yoluxma olarsa, ilk faktı vaxtında aşkar etməkdir.
O qeyd edib ki, əgər şəxs özünü pis hiss edirsə, üz dərisində dəyişiklik, yaralar varsa, təcrid olunaraq həkimə müraciət etməlidir: “Hazırda meymunçiçəyinin geniş yayılması deməyə əsas verir ki, bu virus mutasiya edib və ya hava-damcı yolu ilə də yoluxur. Lakin əsasən təmas yolu ilə yoluxması müşahidə edilir. Burada uzunmüddətli təmasdan söhbət gedir. Hər hansı bir şübhə varsa, həkimə müraciət etmək vacibdir. Meymunçiçəyinin səpkiləri suçiçəyi ilə müqayisədə daha dərində olur. Bunu ayırd etmək isə mütəxəssislərin işidir”.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb