Bu şəxslərə əlillik verilməyəcək
“Əvvəlki qaydalarda olduğu kimi, bu gündən qüvvəyə minəcək əlilliyin müəyyən olunması meyarlarında bir böyrəyin olmaması əlillik üçün əsas yaratmır. İkinci böyrəyin ağırlaşması hallarında əlillik üçün əsas yaranır”.
Xalqxeber.az APA-ya istinadla xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyib.
Onun sözlərinə görə, çünki bir böyrək olmasa belə digər böyrək sağlamdırsa, tibbi proqnoza əsasən şəxs 30 ilədək yaşaya bilər:
“Digər böyrəkdə ağırlaşma varsa, bunun üçün əlilliyin müəyyən edilməsi üçün müraciət edə bilər. Yeni meyarlarda görmənin və eşitmənin paralel xəstəlikləri var. Şəxsdə görmə və eşitmə əlilliyi varsa, burada daha yüksək əlillik dərəcəsinin təyinatı üçün əsas yaranır. Bu, Almaniya təcrübəsindən götürülüb. Həmin şəxslərə yüksək müavinət ödəniləcək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO