XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Qaçqınkom" bu ailəni unudub? - ŞİKAYƏT

"Qaçqınkom" bu ailəni unudub? - ŞİKAYƏT

"Qaçqınkom" bu ailəni unudub? - ŞİKAYƏT
1-06-2017, 12:15

Əslən Ağdam rayonunun işğal altındakı Qiyaslı kəndindən olan Orucovlar ailəsi, 24 il əvvəl Bərdəyə pənah gətirib. Rayondakı çayxanalardan birinin binasında məskunlaşıblar.

Hazırda binada, aralarında azyaşlılar da olmaqla, 11 nəfər yaşayır. Məcburi köçkün Məryəm Orucovanın sözlərinə görə, binada təbii qazın olmaması ailənin həyat şəraitini daha da çətinləşdirib. Döşəməsi və tavanı beton olduğundan, qışda otaqları isitmək olmur. Bunun üçün ya odun tədarükü görməlidilər, ya da elektrik enerjisindən istifadə etməlidilər ki, bu da baha başa gəlir. "Elə yayda da, qışda da zülm çəkirik. Xörək bişirmək üçün qaz balonu da işlədirik, elektrik sobası da. İşığın limiti azalandan bu yana çatdıra bilmirik" — Məryəm Orucova Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışır. Məcburi köçkünlər deyirlər ki, sovet dövründə bu çayxana binasına təbii qaz verilib. Hətta həmin qaz borularının bir hissəsi bu gün də yararlı vəziyyətdədir. İllərdir yaşadıqları binanın yenidən qazla təmin edilməsi üçün dəfələrlə rəsmi qurumlara müraciət ediblər. Ancaq müsbət nəticəsi olmayıb.

Orucovların sözlərinə görə, onların aylıq gəlirləri, dövlətdən müavinət və pensiya şəklində aldıqları 800 manatdan ibarətdir. Heç kim işləmədiyindən ailəyə əlavə qazanc daxil olmur.

"Qışda elə oduna çəkilən xərc 600-700 manat eləyir. Otaqları isitmək olmur, uşaqlar xəstələnir, onların dava-dərmanına da xərc çəkmək lazım olur. Pul olanda ala bilirik, olmayanda qalırıq belə. Elə olur ki, 800 manat görmür, borclanırıq. Bərdə Rayon İcra Hakimiyyətinə, yerli qaz idarəsinə yazmışıq, nəticə yoxdu" – deyir məcburi köçkün Telman Orucov bildirir. Problemlə bağlı Bərdə Rayon İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a bildirdilər ki, sözügedən bina vaxtı ilə rayondakı kolxozlardan birinə məxsus istirahət evi olub. Kolxoz dağılandan sonra isə bina heç kim tərəfindən özəlləşdirilməyib.
Hər hansı təşkilatın balansında da deyil. Bu səbəbdən binaya qaz çəkilməsi haqqında hansısa qurumun rəy verməyə səlahiyyəti yoxdur. Görünür, sahibsiz qalan binanın sahibi tapılana qədər buradakı məcburi köçkünlər elektrik və odun sobalarından istifadə etməyə məcburdurlar.

sputnik.az
"Qaçqınkom" bu ailəni unudub? - ŞİKAYƏT
"Qaçqınkom" bu ailəni unudub? - ŞİKAYƏT
"Qaçqınkom" bu ailəni unudub? - ŞİKAYƏT
"Qaçqınkom" bu ailəni unudub? - ŞİKAYƏT
"Qaçqınkom" bu ailəni unudub? - ŞİKAYƏT

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.