XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sumqayıt şəhər təhsilində “İlahi komediya” – Yazan Dante deyil, İlahə Həsənovadır

Sumqayıt şəhər təhsilində “İlahi komediya” – Yazan Dante deyil, İlahə Həsənovadır

Sumqayıt şəhər təhsilində “İlahi komediya” – Yazan Dante deyil, İlahə Həsənovadır
1-06-2017, 10:16

Zakir Fərəcov Sumqayıt şəhər icra başçısı vəzifəsinin icrasına başladıqdan sonra bütün sahələrdə əsaslı dönüş yarada bildi. Bu sırada ölkə səviyyəsində hər zaman öncül mövqedə duran Sumqayıt təhsil sistemində aparılan islahatlar xüsusi qeyd edilməlidi. Heç təsadüfi deyil ki, Z.Fərəcovun icra başçısı kimi keçirdiyi ilk müşavirədə təhsil və səhiyyə sisteminə xüsusi diqqət yetirilmişdi.

Təəssüflər olsun ki, ölkə rəhbərliyinin siyasətinə uyğun olaraq Sumqayıt şəhər icra hakimiyyəti başçısının təhsilə diqqət və qayğısı ayrı-ayrı məsul şəxslərin fəaliyyəti ilə heçə endirilir. Belə şəxslərdən biri də Sumqayıt şəhər 11 saylı orta məktəbə rəhbərlik edən İlahə Həsənovadır. Rəsmi vəzifəsi tədeis dərs hissə müdiri olan İ.Həsənova hazırda Sumqayıt şəhər 11 saylı orta məktəbinin direktoru vəzifəsini də icra edir. Qısa müddət bu postda olmasına rəğmən İ.Həsənova artıq məktəbdə öz biznes qaydalarını tətbiq edə bilib. İlahə xanımın məktəbdə həyata keçirdiyi bir neçə biznes əməliyyatlarına diqqət yetirmək kifayətdir ki, bu məqam tam təfərrüatı ilə aydınlaşsın. Sumqayıt şəhər 2 saylı məktəbdən 11 saylı məktəbə təyinat alan İlahə Həsənovanın bir müddət öncə ad günü olub. Yeni kollektivin bundan və İlahə xanımın adətlərindən xəbərsiz olmasından əndişələnən direktor əvəzi əvvəlki məktəbindən yeni məktəbə “nümayındə heyəti” göndərərək direktoru təbrik etməyə həvəsləndirib və beləcə müəllim heyətindən 10 manatdan pul yığılıb. Amma bununla da bitmir. İ.Həsənova ötən ilin yayında kapital təmirdən çıxan məktəbin təmiri üçün hər bir sinif rəhbərindən təmir üçün konkret məbləğ tələb edir. Bir neçə gün öncə isə Sumqayıt şəhər 11 saylı orta məktəbində bütün siniflərdə - 1800 şagird arasında böyük summativ keçirilib. Bunun üçün hər şagirddən 1 manatdan pul yığılıb. Beləliklə kargüzarlıq işi dövlət büdcəsindən ödənilən məktəbin direktor əvəzi şox rayat şəkildə 1800 manat pulu qatlaya bildi. Hazırda izə məktəbdə gələn tədris ili üçüm birinci siniflərə hər şagird üçün min manatdan şagird qəbulu aparılır.
Hər zaman Sumqayıt təhsilində öncül mövqedə olan Sumqayıt şəhər 11 saylı orta məktəbi bu gün tənəzzül dövrünü yaşayır. Savadı və pedoqoji münasibəti ilə məktəb kollektivinin daxili küskünlüyünü yaradan İ.Həsənovanın rəhbərliyi bu məktəbin sonu olacaq.

xalqxeber.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.