SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əsgərin ölümünə görə cinayət işi açıldı - YENİLƏNİB

Əsgərin ölümünə görə cinayət işi açıldı - YENİLƏNİB

Tarix:

14-06-2022, 13:06

/ 335 dəfə oxundu.
Əsgərin ölümünə görə cinayət işi açıldı - YENİLƏNİB

 
Azərbaycan Ordusunun əsgərinin cərəyan vurması nəticəsində ölməsinə görə cinayət işi açılıb.

Bu barədə "Unikal"a Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib. Xəbərə görə, fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunubvə digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.


Şərhlər

XƏBƏR LENTİ