SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI

Tarix:

5-06-2022, 15:00

/ 316 dəfə oxundu.
Sabahın hava proqnozu AÇIQLANDI


Bakıda və Abşeron yarımadasında iyunun 7-də hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.

Şərhlər

XƏBƏR LENTİ