"Azəriqaz"-ın məsuliyyətsizliyi camaata problem yaradıb - ŞİKAYƏT
Artıq 3 aydır ki, Ceyranbatan ərazisində əhalinin bir hissəsi qazsız qalıb.
Daxil olan şikayət məktubunda bildirilir ki, əhali artıq 3 aydır bu problemdən əziyyət çəkir. Sakinlərin sözlərinə görə, yeni sayğac üçün "Azəriqaz" İstehsal Birliyinə müraciət ediblər:
"Onlar da bu məsələ üçün bizi "Qlobal MMC" şirkəti ilə əlaqələndirib. 1 ay müddətində quraşdırılmalı olduqları sayğacı iki ay gecikdirdikdən sonra nəhayət quraşdırdılar. Lakin məsələ bununla həll olunmadı. İndi də kartları vermirlər. Bununla bağlı "Azəriqaz" İstehsal Birliyinə müraciət etdik. Onlar da kartları "Qlobal MMC"nin verməli olduğunu dedilər. MMC isə deyir ki, "Biz yalnız sayğacların quraşdırılmasına baxırıq".
Məsələ ilə bağlı "Azəriqaz" İstehsal birliyinin "185" çağrı mərkəzi ilə əlaqə yaratdıq. Sayta daxil olan şikayəti dinləyən operator Hüseynovanın cavabı velə olub:
"Bu məsələyə "Azəriqaz" İstismar Birliyi baxmır. Sayğacı özəl şirkətlər quraşdırır. Siz podratçılarla əlaqə yaradın. Əgər vətəndaşın həmin özəl şirkətlə müqaviləsi varsa, bu barədə hüquq mühafizə orqanlarına müraciət edə bilərlər".
"Azəriqaz" İstehsal Birliyinin əməkdaşı bizə "Qlobal MMC" şirkətinin nömrəsini də verdi. Eyni sualla podratçı təşkilata müraciət etdik və onlar da məsuliyyəti öz üzərilərindən atdılar:
"Kartları "Sayğaclar Departamenti" təqdim edir. Biz sayğacları quraşdırdıqdan sonra həmin departamentə məktubla müraciət edirik. Kartı onlar hazır edir və sonra vətəndaşa təqdim edir".
Adı çəkilən departamentlə əlaqə saxlamağa çalışsaq da bizə açıqlama verən tapılmadı.
"Qaynarinfo"

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...