SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hərbi Prokurorluqdan özünü öldürən hərbçi ilə bağlı AÇIQLAMA

Hərbi Prokurorluqdan özünü öldürən hərbçi ilə bağlı AÇIQLAMA

Tarix:

26-05-2022, 19:23

/ 388 dəfə oxundu.
Hərbi Prokurorluqdan özünü öldürən hərbçi ilə bağlı AÇIQLAMA

 
Hərbi Prokurorluq DSX hərbçisinin intiharına münasibət bildirib.

Qurumdan bildirilib ki, bu gün Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlunun həmin gün özünü asaraq öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

“Daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Füzuli hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Hərbi Prokurorluğun rəhbərliyi səbəbindən asılı olmayaraq istənilən ölüm faktının araşdırılmasını nəzarətə götürür və hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin olunur”, - məlumatda deyilir.

Şərhlər

XƏBƏR LENTİ