Bakıda beynəlxalq konfrans keçiriləcək
Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Üçüncü Ümumi Konfransı keçiriləcək.
Tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edəcəklər.
Əvvəlcə İƏTPA-nın İcraiyyə Şurasının, həmçinin qurumun Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə, Kommunikasiya və əlaqələndirmə üzrə və Qadın, gənclər və mədəni məsələlər üzrə komitələrinin iclasları keçiriləcək.
Milli Məclisdə keçiriləcək İƏTPA-nın Üçüncü Ümumi Konfransında “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunacaq, post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılacaq.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Nozirinin başçılıq etdiyi nümayəndə heyəti, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop,
Pakistan İslam Respublikası Milli Assambleyasının sədri, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri, Qazaxıstan Parlament Məclisi sədrinin müavini, Qırğızıstan parlamentinin sədr müavini, İran parlamenti sədrinin birinci müavini Azərbaycana gəliblər.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb