SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda yeniyetmə qız uşaq dünyaya gətirdi - YENİLƏNİB

Azərbaycanda yeniyetmə qız uşaq dünyaya gətirdi - YENİLƏNİB

Tarix:

11-04-2022, 11:16

/ 491 dəfə oxundu.
Azərbaycanda yeniyetmə qız uşaq dünyaya gətirdi - YENİLƏNİB



Daxili İşlər Nazirliyi (DİN) Gəncədə 16 yaşlı qızın ana olması faktına münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov "Unikal"a açıqlamasında bildirib ki, qeyd edilən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Murad İbrahimli

***

09:53

Gəncədə 16 yaşlı qız ana olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, şəhər sakini S. Abbasova (ad-soyad şərtidir) Gəncə şəhər Abbas səhhət adına xəstəxanada uşaq dünayaya gətirib.

Araşdırmalar zamanı onun 2020-ci ildə 14 yaşı olan zamanı ailə həyatı qurması məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ