SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Baş Prokurorluq mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurulub

Baş Prokurorluq mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurulub

Tarix:

26-05-2017, 13:18

/ 116 026 dəfə oxundu.
Baş Prokurorluq mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurulub

Prokurorluq orqanlarında infomasiya və kommunikasiya texnologiyalarının səmərəli və geniş istifadə olunmasına istiqamətlənmiş ardıcıl tədbirlərin davamı olaraq Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinə həmin sahədə zəruri ixtisas və təcrübəyə malik mütəxəssislərin işə qəbulu ilə əlaqədar 18 aprel 2017-ci il tarixdə elan edilmiş müsabiqəyə yekun vurulmuşdur.

xalqxeber.az-a baş prokurorluqdan daxil olan məlumatda deyilir ki, müsabiqədə iştirak etmək üçün müraciət etmiş 40-dan artıq şəxsdən zəruri tələblərə cavab verən mühəndis-proqramçı və veb-dizayner ixtisaslarına malik 30 namizəd müsabiqəyə buraxılmışdır.

Namizədlərin nəzəri biliyi və peşə bacarığı səviyyələrinin yoxlanılması məqsədilə Baş Prokurorluğun və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrindən ibarət yaradılmış komissiya tərəfindən 24 may 2017-ci il tarixdə Baş Prokurorluqda müsahibə keçirilmişdir.

Müsahibənin nəticələri üzrə 12 namizədin işə qəbul olunması məsələsinə baxılması tövsiyə edilmişdir.

Şərhlər

XƏBƏR LENTİ