SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulmuşdur

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulmuşdur

Tarix:

7-12-2019, 17:38

/ 673 dəfə oxundu.
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulmuşdur

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə»yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün elan edilmiş müsabiqəyə yekun vurulmuşdur.
Xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən reallaşdırılan dövlət gənclər siyasətinin uğurlu nəticəsidir ki, 2002-ci ildən başlayaraq gənc hüquqşünasların prokurorluq orqanlarına qulluğa qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Sonuncu müsabiqənin yekunu da nəzərə alınmaqla, tam şəffaf və ədalətli prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində qulluğa qəbul edilənlər hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 70 faizini təşkil edir.
Müsabiqənin sonuncu mərhələsinə buraxılmış 29 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə 2019-cu il dekabrın 3-dən 5-dək Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilmişdir.
Müsabiqənin nəticələrinə görə «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları» ilə müəyyənləşdirilmiş keçid balını toplamış 29 namizəd 9 dekabr 2019-cu il tarixdən Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi 158) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.
Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və «Qəbul otağı»nda yerləşdirilmişdir.
Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Prokurorluq orqanlarına işə qəbulla bağlı elan edilmiş müsabiqənin
nəticələri üzrə müvəffəqiyyət qazanmış namizədlərin
S İ Y A H I S I

1. Abbasov Pərvin Bəylər oğlu
2. Cavadlı İsmayıl Araz oğlu
3. Eyyubov Eyyub Süleyman oğlu
4. Əliyev Zaur Allahverdi oğlu
5. Əlizadə Kənan Cavanşir oğlu
6. Əsgərov Vüsal Hacısəyyad oğlu
7. Fətullayeva Nərmin Rəşid qızı
8. Hacıyev Hacı Hidayət oğlu
9. Həsənova Aysel Həsən qızı
10. Həşimzadə Nərmin Fəxrəddin qızı
11. Hümbətov Elmir Sahib oğlu
12. Hüseynov Xanoğlan Qəhrəman oğlu
13. İsmayılov Ramil Ramiz oğlu
14. Qarayev Abbas Məmməd oğlu
15. Qəmbərli Rahim Ağamali oğlu
16. Qurbanova Əfsanə Rövşən qızı
17. Məmmədli Allahyar Qədir oğlu
18. Məmmədli Nicat Qoşqar oğlu
19. Məmmədov Nahid Murad oğlu
20. Məmmədov Yusif Guşat oğlu
21. Rəhimli Tuqay Rafael oğlu
22. Sadıqov Rəhim Rəhman oğlu
23. Səfərli Fərid İntiqam oğlu
24. Səmədli Qədir Şakir oğlu
25. Şıxəliyeva Lətifə Şahin qızı
26. Şükürov Nail Kamil oğlu
27. Tarverdiyev Zaur Nazim oğlu
28. Yahyazadə Nigar İlham qızı
29. Zülbalayev Rahim Asim oğlu

Şərhlər

XƏBƏR LENTİ