XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Yol polisindən sərxoş xarici diplomatlarla bağlı qadağa

Yol polisindən sərxoş xarici diplomatlarla bağlı qadağa

Yol polisindən sərxoş xarici diplomatlarla bağlı qadağa
25-05-2017, 19:25

Azərbaycanda sərxoş vəziyyətdə olan xarici ölkələrin diplomatları dərhal avtomobili idarə etməkdən kənarlaşdırılacaq.

Bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının qəbul etdiyi və mayın 19-da qüvvəyə minmiş "Yol-patrul xidməti haqqında Təlimat”ında əksini tapıb.

Bundan əvvəl Daxili İşlər Nazirliyi Kollegiyasının 19 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilən "Yol-patrul xidməti haqqında Təlimat”a əsasən YPX inspektoru nəqliyyat vasitəsinin diplomatik immunitetə malik olan əcnəbi tərəfindən sərxoş vəziyyətdə idarə edilməsindən şübhələndikdə, ona müayinədən keçməyi təklif edib. Əcnəbi buna etiraz etdikdə YPX inspektoru onu nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırıb və bu barədə növbətçi hissəyə məlumat verib. Daha sonra o, inzibati protokol tərtib edərək əcnəbinin tibbi müayinədən yayınmasını qanunvericilikdə müəyyən edilmiş qaydada sənədləşdirib. Sürücüsü yol hərəkətində iştirakdan kənarlaşdırılmış nəqliyyat vasitəsi müvafiq xarici dövlətin səfirliyinin nümayəndəsinə təhvil verilib.

Mayın 19-dan qüvvəyə minən yeni Təlimata əsasən isə toxunulmazlıq hüququndan istifadə edən əcnəbinin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə kifayət qədər əsas olduqda o, nəqliyyatı idarə etməkdən kənarlaşdırılacaq və ona tibbi müayinədən keçmək təklif olunacaq. Bu barədə dövlət yol polisi hissəsinin (daxili işlər orqanının) növbətçi hissəsinə məlumat veriləcək. Nəqliyyat vasitəsi aid olduğu diplomatik nümayəndəliyin səlahiyyətli nümayəndəsinə təhvil veriləcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.