XalqXəbər.Az

XalqXeber.Az » Sosial » İbrahim Əhmədova SOCAR-da yeni vəzifə verildi

İbrahim Əhmədova SOCAR-da yeni vəzifə verildi

İbrahim Əhmədova SOCAR-da yeni vəzifə verildi
11-02-2022, 12:22

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olunub.

İ.Əhmədov şirkətində aparılan struktur dəyişiklikləri çərçivəsində SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsinə təyin olunub. Onun işi SOCAR Qrupunun korporativ kommunikasiya fəaliyyətlərinə nəzarət, təşkili və koordinasiyası ilə bağlıdır. Eyni zamanda, o, mətbuat katibi funksiyasını da icra edəcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.