Həlak olan və əmək qabiliyyətini itirən işçilərə müavinətlər belə VERİLƏCƏK
Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində həlak olan işçiyə minimum aylıq əməkhaqqı məbləğində müavinət veriləcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aşağıdakı məbləğlərdə aylıq müavinət veriləcək:
- peşə əmək qabiliyyəti itirildikdə – minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq);
- həlak olduqda – minimum aylıq əməkhaqqı məbləğində.
Qeyd edək ki, indiyə qədər aşağıdakı qaydada müavinətlər verilib:
- peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə – 33 manat;
- peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə – 44 manat;
- peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə – 55 manat;
- peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə – 66 manat;
- həlak olduqda – 77 manat məbləğdə müavinət verilirdi.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb