Xəstəliklərə ən davamlı QAN QRUPU
Böyük Britaniyada aparılan yeni araşdırmada hansı qan qrupunun xəstəliklərə qarşı daha davamlı olduğu üzə çıxıb.
Xalqxeber.az xəbər verir ki, tədqiqata görə, ən davamlı qan qrupu I (O) olaraq elan edilib.
Bildirilib ki, bu qan qrupu olan insanların bir çox xəstəliyə tutulma ehtimalı digər qan qruplarına malik olanlara nisbətən daha azdır.
London Universitetinə bağlı “Royal Holloway” Universitetində aparılan araşdırmada qan qruplarının qan təzyiqi, yoluxucu xəstəliklərə tutulma ehtimalı və xərçəng riski kimi bir çox xəstəliyin səbəbi ola biləcəyi ifadə edilib.
Araşdırmada qan qrupunu təyin edən genlərin də beyində CVT adlı qan laxtalanma riski ilə əlaqəli olduğu bildirilib. 882 nəfər üzərində aparılan araşdırmada tədqiqatçılar AB (IV) qan qrupu olan insanların digər qruplarla müqayisədə CVT riskinin orta hesabla 5,6 dəfə, O (I) qan qrupu olanların isə yarısı qədər yüksək olduğunu qeyd ediblər.
Son illərdə ABŞ-da aparılan bir araşdırmada AB (IV) qan qrupu olan insanların ürək xəstəliyinə tutulma ehtimalının 23%, B (III) qan qrupu olanların isə O (I) qrupuna nisbətən 11% daha riskli qrupda olduğu vurğulanıb.
Başqa bir araşdırmada O (I) qan qrupu olan insanların hava çirkliliyi kimi ətraf mühit faktorlarına qarşı daha davamlı olduqları, həmçinin onların infarkt keçirmə ehtimalının daha az olduğu qeyd olunub.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb