İqtisadçı vaxtından əvvəl pensiyaya qarşı çıxdı: - “Gərək hamıya şamil olunardı”
"Bu təklif digər vətəndaşların hüquqlarının məhdudlaşdırılmasıdır. Azərbaycanda pensiya yaşı aşağı çəkilməli və bununla bağlı qərarlar verilməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli yüksək əmək haqqı olan sektorlarda çalışan və böyük pensiya kapitalına malik olan şəxslərə vaxtından əvvəl pensiya çıxmaq hüququnun verilməsi ilə bağlı təklifini şərh edərkən deyib. Ekspert bildirib ki, pensiya yaşı dünyada gedən trendə uyğun olaraq ciddi araşdırılma aparılmadan, məntiqli ardıcıllıq qulurmadan artırılıb:
"Amma bir araşdırılmadı ki, dünyada bunun səbəbləri fərqlidir. Avropada əhali qocalır, doğuş sayı azdır, demokrafiq problemlər var. Ona görə də təqaüd yaşını artırırlar. Bizdə belə bir problem yox idi. Ona görə də əvvəlki vəziyyətə, yəni xanımlar üçün 62, kişilər üçün 65 yaş səviyyəsinə baxmağa ehtiyac var”.
Natiq Cəfərlinin fikirincə, belə bir qərar daha ədalətli olar:
"Bu, hamıya şamil olunardı. İkinci bir məsələ isə, ümumiyyətlə, təqaüd fondları ilə bağlı qərarların alınmasına ehtiyac var. Təqaüd fondları üçün bircə dövlət sosial sığorta fondunun olması da doğru deyil. Özəl təqaüd fondlarının yaranması, fəaliyyəti üçün qanunvericilikdə olan bəzi maneələr aradan qaldırılmalıdır. Bu zaman vətəndaşın seçimi də olacaq. Müqaviləni özəl fondlamı bağlasın, yoxsa sığorta fondulaymı. Bu məsələlər kompleks şəkildə həll olsa, daha məntiqli və daha doğru olar”.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb