XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sürücülərə qarşı tələblər sərtləşdi - Əsasnaməyə dəyişiklik

Sürücülərə qarşı tələblər sərtləşdi - Əsasnaməyə dəyişiklik

Sürücülərə qarşı tələblər sərtləşdi - Əsasnaməyə dəyişiklik
18-05-2017, 09:24

Nazirlər Kabineti “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”yə dəyişiklik edib.

xalqxeber.az xəbər verir ki, əsasnamənin 1.3-cü bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilib:

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq edilmiş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.