SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır

Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır

Tarix:

7-10-2021, 23:41

/ 421 dəfə oxundu.
Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır

 
Bu gün regionda yaranan vəziyyəti strateji olaraq qiymətləndirsək, görərik ki, Azərbaycan istər diplomatik, istər informasiya, istər iqtisadi, istər hərbi cəhətdən özünü dünyaya sübut etmiş ölkədir. Ermənistan isə artıq başa düşməlidir ki, ölkədə davam edən böhran vəziyyətindən çıxmaq üçün Azərbaycanın şərtlərini qəbul etməlidir.
Azərbaycan Ordusu sülh yolunda tər tökdü, savaşda qan tökdü və yüzillər keçsə belə, dünya durduqca xatırlanacaq II Qarabağ savaşını qazanaraq dünyanın ən güclü orduları arasında, Qafqazın ən güclü Ordusu olduğunu isbat etdi. Azərbaycan Ordusunun əldə etdiyi bu Zəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, ordu quruculuğuna verdiyi önəm, xalqın milli və mənəvi maraqlarına olan yüksək diqqəti və qayğısı, eyni zamanda Ordusunu müasir silah-sursatla təmin etməsinin nəticəsidir.
Azərbaycan xalqının öz sərhədləri daxilində azad, arxayın yaşaması üçün qalxan Dəmir yumruğu olan Azərbaycan Silahlı Qüvvələri bir növ bölgədə davamlı sülh və sabitliyin təminatçısı rolunu oynayır.
Bu gün Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır. Danışıqlar və təmaslar artıq başlamışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Eyni zamanda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub və bu görüş konstruktiv olmuşdur. Azərbaycanın mövqeyi müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyindədir. Dövlətimiz sərhədlərin delimitasiyasına və dərhal sonra demarkasiyasına başlamağa hazırdır. Gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa da hazırıq. Bütün bu təşəbbüslər dövlətimiz tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin Ermənistan hələ də müsbət cavab verməyib.
Dövlət başçımız cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu və iqtisadi gücü daha da artmışdır. Azərbaycanın hərbi qüdrətinin təsdiqi olan Qələbəmiz dövlətimizin qüvvəsini, eləcə də ölkəmizdə olan xalq-ordu-rəhbər vəhdətinin möhkəmliyini bir daha sübut etdi.

Dürdanə Sadıqova,
Salyan Peşə Liseyi, böyük kitabxanaçı

Şərhlər

XƏBƏR LENTİ