SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 10 saylı orta Məktəbdə uğursuz "istintaq” və keçmiş MTN izi...

10 saylı orta Məktəbdə uğursuz "istintaq” və keçmiş MTN izi...

Tarix:

23-01-2017, 11:55

/ 2 111 dəfə oxundu.
10 saylı orta Məktəbdə uğursuz "istintaq” və keçmiş MTN izi...

Ötən ilin son iş günündə Gəncə şəhəri 10 saylı orta məktəbdəki özbaşınalıqlar barədə Təhsil Naziri cənab Mikayıl Cabbarova bir qrup müəllim adından şikayət ərizəsi ünvanlanıb. Üstündən xeyli müddət keçməsinə baxmayaraq, korrupsiya və rüşvətxorluq faktları əks olunan və elektron KİV-lərin ön səhifələrində yayımlanan məktubun aqibətindən rəsmi xəbər yoxdur. Şikayət məktubu anonim xarakterli adlandırılsa da, müraciətdə məktəbin sonuncu - yeni direktoru Arzu Əliyevanın qanunazidd əməllərinin ciddiliyini nəzərə alaraq bu mövzuya yenidən qayıtdıq. Qayıtdıq ki, şou xatirinə və bəlkə də öz nöqsanlarını ört-basdır etmək xatirinə xanım direktorun hansı addımlar atdığını gündəmə gətirək, oxucularımızın və yuxarı orqanların diqqətinə gizlinləri çardıraq.

Məktəbdə uğursuz "istintaq” və keçmiş MTN izi...

İnsaf xatirinə söyləmək lazımdır ki, müraciət ictimailəşdikdən həmən sonra-yeni ilin ilk günündəcə Təhsil Nazirliyi hərəkətə keçib. "Məlumata görə, birbaşa Mikayıl Cabbarovun şəxsi göstərişi ilə Gəncə Təhsil İdarəsinin inspektoru Ceyhun Məmmədov məktəbə yollanıb. Formal olsa da faktlar "araşdırılıb". Elə cavan və təcrübəsiz kadrın yoxlamasının nəticəsi əvvəlcədən gözlənildiyi kimi, direktorun himayədarlarının istəyinə uyğun aktlaşdırılıb. Güya məktəbdə hər şey normaldır, güya təhsil ocağında ab-hava gün-gündən yaxşılaşır. Hətta təsil-tədrisin keyfiyyəti də yüksəlir. Kollektiv mehribandır, şikayətçilər də ki, "yoxa çıxıb" və nələr-nələr...

Bundan başqa, direktor və himayədarları maraqlı üsula da əl atıblar. Aldığımız məlumata görə, vaxtilə sabiq MTN naziri Eldar Mahmudova casusluq etdiyi iddia olunan media orqanının Elmar Vəliyevə bağlı əməkdaşı da məktəb direktorunun köməyinə cəlb olunub. Hə, "aparıcı mətbuat nümayəndələri" də səlahiyyətlərini unudub və sanki prokurorluğun həyata keçirməli olduğu istintaq-təhqiqat araşdırması aparıb. Məktubda göstərilən ciddi qanun pozuntularına qarşı məktəb kollektivinə qorxu-xof aşılamaqla sanki qəzetdə direktora bəraət verməyə çalışılıb. Xoşbəxtlikdən qeyri-hüquqi yanaşma tərzi və qeyri-peşəkar jurnalist araşdırması nəticəsində qəzetdə dövriyyəyə buraxılan müdafiə xarakterli yazı nəinki direktorun müdafiəsinə yarayıb, qəzetin 50 tirajının direktorun tələbi ilə məktəbdə zorla kollektivə satılması və ya pulsuz paylanması ilə yekunlaşıb. Hər halda, qəzet hansısa marağı müqabilində təkcə Arzu Əliyevanın deyil, Elmar Vəliyevlə Alı Qocayevin də könlünü oxşamağa çalışıb. Aşağıda xatırladacağımız iddialar isə həm təhsil idarəsinin inspektorunun, eləcə də mətbuatın araşdırmasından kənarda qala bilib.

Arzu Əliyeva bu iddialara niyə cavab verməyib?

Ərizədə iddia olunub ki; "Arzu Əliyeva məktəbə gəldiyi gündən məktəbin təsərrüfat işləri üzrə direktor müavini Vahid adlı şəxsi heç bir səbəb olmadan işdən çıxarıb.Onun əvəzınə 6000 manat müqabilində Kazımov Arzu adlı şəxsi işə qəbul edib. Bufetdə şagirdlərə xidmət göstərən xadimə Təranə adlı şəxs ümumiyyətlə, işə gəlmir, lakin onun maaş kartı direktor Arzu Əliyevadadır. Məktəbdə dalandar vəzifəsinə isə adı məlum olmayan bir şəxsi təyin etmişdir və bu şəxs ümumiyyətlə, işə gəlmir, buna baxmayaraq onun da da maaş kartı Arzu Əliyevadadır və maaşını da Arzu Əliyeva alır.

Binanın mühafizəsində növbətçi statında 2 nəfər işçi vardır, lakin bu şəxslər də heç vaxt işə gəlmirlər. Ona görə də həmin vəzifə Elman adlı kənar bir şəxs tərəfindən icra edilir, həmin işçilərin maaş kartı isə direktor Arzu Əliyevadadır.

Arzu Əliyeva məktəbin hər bir yerinə kamera qoydurub, məktəbə həftələrlə gəlmir ( işə gələndə də ədəbsiz danışıqları və kobud ifadələri özündən qabaq gəlir) və məktəbi skayp vasitəsilə telefonla idarə edir."

Bundan başqa, iddiaya görə, direktor rüşvət müqabilində məktəbəqədər hazırlıq qruplarını iki laboranta həvalə edib. Ən pis halda bütün bunlara ağıllı direktor aydınlıq gətirməli, ittihamlar aidiyyatı qurumlar tərəfindən araşdırılmalı idi. Müdafiə mövqeyində çıxış edən mətbu orqan da ittihamlara cavabı direktorun dilindən eşitməyə səy göstərməli idi. Bəs necə oldu ki, əsas mahiyyət araşdırılmadı? Kim və ya kimlər Arzu Əliyevanı sudan quru çıxara bildi? Necə oldu ki, Təhsil Nazirliyinin zəruri bilik və etik davranış testlərindən keçməsinə rəğmən, 4 ay sonra xanım direktorun hərəkətləri bunca qalmaqala səbəb oldu? Bəlkə doğrudan da nöqsan Arzu Əliyevadadır ki, illər öncə Samux rayonunun icra başçısı Vilyam Hacıyev tərəfindən direktorluqdan qovulmuşdu? Hər bir halda bu suallara cavab verilməli idi və verilməlidir!

Əliyevlər ailəsinin təkzibedilməz "gücü"

Məktubdakı önəmli, əsas məqamlardan biri Arzu Əliyevanın və həyat yoldaşının "gücü" ilə bağlıdır. O "güc" ki, məktəbdə baş verənləri öz qaranlığında boğa bilir. Bildirək ki, Samux rayonu İcra Hakimiyyətində uzun illərdir başçının təsərrüfat məsələləri üzrə müavini vəzifəsini tutan Qəzənfər Əliyev adı da qalmaqallı məmur kimi yaddaşlarda yer alıb. Hələ Şahin Məmmədovun (hazırda Ağcəbədir İHB başçısı-O.N) idarəçiliyi dönəmində bu cütlük birincinin sevimlisinə çevrilə bilibmiş. Sonralar Vilyam Hacıyev tərəfindən hər iki şəxsin vəzifələrindən uzaqlaşdırılması baş verib. Deyilənlərə inansaq, adıçəkilənlər sabiq başçıya qarşı açıq-saçıq davranışlar etməklə onun qəzəbini oyadıblar. Lakin Q.Əliyevin 6 ay sonra geriyə təyinatı baş verib. Arzu Əliyeva isə sonralar Sərkar kənd orta məktəbinin direktoru olmağa can atsa da, bu baş tutmayıb. Amma görünən odur ki, A.Əliyevanın "gücü" onu Gəncədə məktəb direktoru postunda da toxunulmaz edib.Verilən maraqlı bir faktı da nəzərinizə çatdıraq ki, Arzu Əliyevanın anası Sara xanım uzun illər Naftalanda erməni-rus bölməsi üzrə məktəblərdə rus dili müəllimi işləyib. Sayılıb-seçilən qadın müəllimlərdən olub. (SSRİ dönəmində-red) Məlumata görə, xanım direktoru güclü edən səbəblərdən biri də ana qohumlarının yüksək vəzifələrdə təmsil olunmasıdır.

Mirzə Sabir (mövzu diqqətimizdədir)

Redaksiyadan: Qarşı tərəfin iddialara cavabını eşitmək istəsək də, xanım direktor saytımıza açıqlama verməkdən imtina edib. Nazirə elektron şikayəti əsassız adlandırıb.

Yenə də adıçəkilən hər kəsin söz haqqını tanıyırıq!

demokratik.az

Şərhlər

XƏBƏR LENTİ