SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kompleks Qazma Trestində ÖZBAŞINALIQ - “Yüksək vəzifəlilər imtahandan keçirilmirlər”

Kompleks Qazma Trestində ÖZBAŞINALIQ - “Yüksək vəzifəlilər imtahandan keçirilmirlər”

Tarix:

30-06-2021, 09:22

/ 734 dəfə oxundu.
Kompleks Qazma Trestində ÖZBAŞINALIQ - “Yüksək vəzifəlilər imtahandan keçirilmirlər”

Dövlət Neft Şirkətinin Kompleks Qazma Trestinin böyük mexaniki Rüfət Bədəlovun tutduğu vəzifə ləğv olunub.

R.Bədəlov Meydan TV-yə bildirib ki, öhdəsində əlil övladı var, üstəlik özü də 3-cü qrup əlildir. Onun sözlərinə görə, trestdə ixtisaslı mütəxəssislər ixtisara salınır, lakin neftlə əlaqəsi olmayan, məsələn, kənd təsərrüfatı, jurnalistika ixtisası olanlar tapşırıqla, yaxud kiminsə qohumu olduğu üçün işdə saxlanılır.

Şikayətçi deyib ki, ötən ay ona ixtisarla bağlı bildiriş təqdim edilib, lakin o, bildirişi imzalamaqdan imtina edib: «Bizim bölüm logistika bölümü idi, adını dəyişib, qazma servis bölümü qoydular. Bölüm adı dəyişildiyindən işçilərlə yenidən müqavilə bağlanmalıdır. Mənimlə müqavilə bağlamaq istəmirlər. Deyirlər ki, ştatların sayı azaldılır, ixtisar edilir. Bildirişi imzalamadığım təqdirdə əlavə müavinət ödənilmədən işdən çıxarılacağımla hədələnirəm».

R.Bədəlovun sözlərinə görə, trestdə tapşırıq, qohumluq əlaqələri rol oynayır, kimin “adamı” varsa işdə saxlayırlar: “Məsələn, hər rəisin katibəsi var. Yüksək vəzifəlilər imtahandan keçirilmirlər. Mən attestasiyada 98 faiz suallara cavab vermişəm. Amma yüksək nəticəyə baxmayaraq ixtisara salınıram. 50 bal toplayanlarsa işləyirlər».
Xəbərdarlıq

Onun sözlərinə görə, trestlə bağlı bir neçə dəfə məhkəməyə müraciət edib, çünki ona ödəniləcək müavinət aylarla gecikdirilib. Bu səbəbdən sevilməyən işçiyə çevrilib: «Mən bülletendə ola-ola töhmət veriblər. Belə ki, pandemiyanın pik nöqtəsində bülleteni idarəyə təqdim etməyə getmişdim ki, pulu alım, dolanmağa imkanım olsun. İki saatlıq SMS icazə aldığımdan Qum adasındakı idarəyə gedə bilmədim, Nərimanovdaki idarəyə getdim. Kadrlar şöbəsindən dedilər ki, bülletenə özüm qol çəkim, amma sənədin arxasına yazılıb ki, briqadr və ya sahə rəisi qol çəkə bilər. Mən bunu kadrlar idarəsinə desəm də, heç bir problem yaşanmayacağını söylədilər, mən də imzaladım. Bunu səbəb götürərək töhmət verdilər. İndi mənə təklif edirlər ki, ya əməkhaqqının 5 mislini alaraq işdən çıxım, ya da proqrama qoşulum. Proqrama qoşulsam, 1 il əməkhaqqının 50 faizini ödəyəcəklər. Proqrama qoşularkən əslində çox zaman belə olur- 1 ildən sonra məşğulluqdan zəng edərək 250-300 manatlıq iş təklif edirlər. Buna görə də bildirişə qol çəkməmişəm. Hazırda proqrama qoşulanlar heç vaxtlı-vaxtında pullarını ala bilmirlər».
"İşdən evə qayıdarkən qəzaya düşüb, gözündən, qulağından, başından və onurğasından xəsarət alıb”

Şikayətçi deyir ki, öhdəsində autizm problemi olan övladı var, özü işdən evə qayıdarkən qəzaya düşüb, gözündən, qulağından, başından və onurğasından xəsarət alıb. Aprelin 1-də əlillik dərəcəsi təyin edilib, elə həmin vaxt da işdən çıxarılacağını söyləyiblər.

«Halbuki qanunvericiliyə görə, 3-cü qrup əlillər mənim çalışdığım sahədə işləyə bilərlər. İxtisar olunduğum zaman nə özümün, nə də övladımın əlil olduğunu nəzərə almadılar. İxtisara salınacağım halda necə dolanacağımı bilmirəm»,-şikayətçi qeyd edib.
SOCAR Həmkarlar İttifaqının cavabı

Dövlət Neft Şirkətində şikayətə münasibət bildirmək istəməyiblər.


Şərhlər

XƏBƏR LENTİ