SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » NƏRİMANOV TİBB MƏRKƏZİNDƏ SIĞORTANIN TƏTBİQİ NƏ YERDƏDİR ?

NƏRİMANOV TİBB MƏRKƏZİNDƏ SIĞORTANIN TƏTBİQİ NƏ YERDƏDİR ?

Tarix:

25-06-2021, 20:49

/ 8 785 dəfə oxundu.
NƏRİMANOV TİBB MƏRKƏZİNDƏ SIĞORTANIN TƏTBİQİ NƏ YERDƏDİR ?

“5 nömrəli Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxs İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar olaraq 01 aprel 2021-ci il tarixdən Bakı şəhəri üzrə əhaliyə tibbi xidmət göstərməyə başlamışdır.layihə çərçivəsində Nərimanov tibb mərkəzinin(5 nömrəli Şəhər Klinik Xəstəxanası) fəaliyyətinin əhalinin gözlədiyi tələblərə cavab verə bldiyini öyrənmək və sorgu keçirmək üçün həmin tibb mərkəzində olduq.Nərimanov tibb mərkəzinin həyətinə daxil olarkən dəyişikliklərin olduğunu elə ilk baxışdan hiss etdik.Tibb mərkəzinin həyəti əvvəlkindən fərqli olaraq abadlaşdırılmış,yer örtüyü asfaltlanmışdır.Tibb mərkəzinin həyətində gözləyən xəstə və onların yaxınları arasında apardığımız sorguya əsasən deyə bilərik ki, İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar olaraq Nərimanov tibb mərkəzinin hazırki,fəaliyyəti yüksək qiymətləndirilir.Nəzərə alsaq ki, layihə çərçivəsində Nərimanov tibb mərkəzi Bakı şəhəri üzrə Nizami,Xətai və Nərimanov rayonu üzrə əhaliyə tibbi xidmət göstərir bu zaman tibb mərkəzinin həddən artıq iş yükünün artıdığı diqqətdən yayınmır.Tibb mərkəzinə ilk girişdən gülərüz personalın sizi qarşılamağı və aidiyyatı üzrə yönlədirməyi hərbir xəstə və onun yaxını üçün müsbət motivasiya yaradır.Tibb mərkəzində bir neçə palatanı ziyarət edərkən orda yatan xəstələrin tibb mərkəzinin fəaliyyətindən və İcbari Tibbi Sığortanın tətbiqindən razı qaldıqlarının şahidi oldum.Dövlətin səhiyyə sistemində yaratdığı İcbari Tibbi Sığortanın tətbiqi  hər kəs üçün əlçatan olması bir vətəndaş kimi məni sevindirdi.Tibb mərkəzi ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış tibbi yardımın tətbiqi sahəsində keyfiyyətli xidməti ilə əhalinin xidmətində olduğu bir daha təsdiqini tapmışdır.Nərimanov tibb mərkəzinin İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar olaraq layihə şərçivəsində özünü doğrultduğu vətəndaş sorğusuna əsasən təsdiqini tapmışdır.
Mövzunu davam etdirəcəyik.
Zaur Sarıyev

Şərhlər

XƏBƏR LENTİ