"Grandmart” və “Karvan" ticarət mərkəzlərində qanun pozuntuları aşkarlandı
İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam eetdirir.Nazirliyə istinadən verdiyimiz məlumata görə, iyunun 17-də keçirilmiş monitorinqlər zamanı Binəqədi rayonunda "Catre" MMC-də, İlhamə Həsənovaya məxsus mağazada, Nərimanov rayonunda İlkanə Ömərovanın “Uşaq geyimləri mağazası”nda, Nəsimi rayonunda Elxan Əsədova məxsus “Market”də, Nizami rayonunda “Grandmart” ticarət obyektində, Səbail rayonunda Şamo Abuzərovun ərzaq mağazasında, Suraxanı rayonunda "Tatlı şirniyyat mağazası”nda, Xətai rayonunda Tacirə Əliyevaya məxsus “Uşaq geyimləri mağazası”nda, Xəzər rayonunda “Baku Tİcarət Mərkəzi”ndə, Yasamal rayonunda Maarif Abışova məxsus mağazada, Gəncə şəhərində "Azəri xatun geyim mağazası”nda, “Papatya” ticarət obyektində, Rauf Məmmədova məxsus çörək istehsalı müəssisəsində, Sumqayıt şəhərində “Karvan Ticarət Mərkəzi”ndə, “Emil market”də, ümumilikdə 19 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir