SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabah 40 dərəcəyədək isti olacaq

Sabah 40 dərəcəyədək isti olacaq

Tarix:

19-06-2021, 16:13

/ 479 dəfə oxundu.
Sabah 40 dərəcəyədək isti olacaq

Azərbaycanda iyunun 20-də gözlənilən hava şəraiti açılanıb.
Ekologiya və Təbbi Sərvət Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə iyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-25 dərəcə, gündüz 30-35 dərəcə, Bakıda gecə 23-25 dərəcə, gündüz 32-34 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 isti, dağlarda gecə 13-18 isti, gündüz 22-27 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti:
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23 dərəcə isti, cənub çimərliklərində Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz gəlincə, iyunun 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Şərhlər

XƏBƏR LENTİ