SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "UniBank" müştərinin başına oyun açdı... - GİLEY

"UniBank" müştərinin başına oyun açdı... - GİLEY

Tarix:

19-06-2021, 12:20

/ 507 dəfə oxundu.
"UniBank" müştərinin başına oyun açdı... - GİLEY

"Şikayətim "Unibank"dandır. İlk öncə demək istəyirəm ki, "Unibank"ın zəng xidməti sadəcə olaraq görüntü üçündür, operator yanlış məlumat verə də bilər, sizin müraciətinizi qeydə almaya da bilər". DİA.AZ bildirir ki, bu sözləri Səda Rəcəbli adlı vətəndaş "Müştəriyəm Şikayətim Var" sosial qurpundakı paylaşımında ifadə edib.

"UniBank" müştərinin başına oyun açdı...

Daha sonra narazı istifadəçi yazır: "Söhbət, 30 may bankomatın içində qalan kartımı həmin an unibanka zəng vurub müraciətimi qeydə aldıqları təqdirdə, hələ isə kartımı ala bilməməyimdən gedir.
30 may müraciət etdim, "qeydə aldılar". 8 iyuna kimi xəbər çıxmadığı üçün Əcəmi filialına yaxınlaşıb kartımın aqibətini soruşduqda, yenidən müraciət etməyi təklif etdilər. Və mən qəbul etdim. Məndən hansi filiala göndərilməsini soruşdular, İnşaatçılar filialına istədim. 11 iyun hesabımdan pul çəkməyə həm də kartımın aqibətini soruşmağa inşaatçılar filialına getdim. Kartın Sahil filialında olduğunu dedilər. Mən də razılaşıb gülərüz ifadə ilə problem deyil deyərək yenə oradan çıxdım. 10 dəqiqə keçəndən sonra mənə kartın İnşaatçılar filialında olduğunu dedilər. Geri qayıtdım, kassada kart 15 dəqiqə axtardılar və mən yenə də kartsız gülərüz ifadə ilə geri qayıtdım. 14 iyun mənə Unibankdan zəng gəldi və mənə kartımın Sahil filialında olduğunu dedilər. Mən "İnşaatçılar filialına neçə günə göndərilə bilər" soruşduqda 10 iş günü çəkəcəyini dedilər. Mən imtina edib Sahil filialından almaq istədiyimi dedim. Mənə öncədən zəng vurub getməyimi məsləhət gördülər. Bugün, yəni 16 iyun Unibanka zəng vurub kartımın Sahil filialında olub olmadığını soruşdular. Onlar həmin filialla əlaqə saxladıqdan sonra mənə kartın Sahil filialında olduğunu bildirdilər.
Nəticə olaraq bir saat sonra mən Sahil filialına gələndə, mənə kartımın İnşaatçılar filialında olduğunu bildirəndə, gülərüz mimikam, səbrim tükənmişdi. 17 gündür ki, bir kartı ala bilməməyimdən əlavə mən bir banka 4 dəfə getməyə məcbur olmuşam. Səsimi yüksəldəndə isə mənə səhv məlumat verilə biləcəyini yox, hətta səhv anladigimi deyirdilər. Sahil sözü ilə İnşaatçılar sözü arasında heç bir oxşarlıq olduğunu düşünmürəm. Mən bu qədər get-gəldən sonra haqqım olaraq evə çatdırılma tələb edəndə, bankın elə bir xidməti olmadığını dedilər. Bankın amma yanlış məlumat vermək, müştəriləri kefləri ilə istənilən filiala çağırtdırıb burada deyil demək xidmətləri var deyəsən. Unibanka zəng edib şikayət etdim, şikayətimi qeydə aldıqlarını dedilər. Amma Unibankin zəng xidmətinin nəyisə düzgün edəcəyinə heç bir inamım yoxdur. Mənim də Unibankın filiallarını gəzməyə vaxtım yoxdur. Yüksək ehtimal hesabımdan pulumu çəkib hesabımı bağlayıb Unibankla yollarımı ayıracam. Amma sizə məsləhətim Unibank operatorunun dediyi heç bir cümləyə inanmayın".

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...


Şərhlər

XƏBƏR LENTİ